Accessibility links

Xəzəryanı dövlətlərin başçılarının sammiti olacaq


Xəzər regionu
Xəzər regionu

Sentyabrın 29-da Həştərxanda Xəzər regionu dövlətlərinin sammiti keçiriləcək.

Rusiya prezidentinin rəsmi saytının məlumatına görə tədbirdə Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan və Rusiya prezidentləri iştirak edəcək.

“Xəzər dənizində sahilyanı ölkələrin qarşılıqlı fəaliyyəti ilə bağlı əsas məsələlərin, 2010-cu ildə Bakıda keçirilmiş sammitdə qəbul edilmiş qərarların həyata keçirilməsinin gedişatının müzakirəsi, region dövlətləri arasında gələcək əməkdaşlığın prioritet istiqamətlərinin müəyyən edilməsi planlaşdırılır”, deyə məlumatda qeyd edilir.

Bundan başqa, Vladimir Putinin Xəzəryanı ölkələrin rəhbərləri ilə ikitərəfli görüşləri keçiriləcək.

Xatırladaq ki, Xəzəryanı ölkələrin uzun illərdir müzakirə etdiyi əsas məsələ Xəzərin hüquqi statusudur. Ölkələr bu məsələdə ortaq məxrəcə gələ bilmirlər. Eyni zamanda, Rusiya, Qazaxıstan və Azərbaycan bu məsələni öz aralarında həll ediblər və dənizin dibinin milli sektorlarının sərhədlərini müəyyən ediblər, burada neft və qaz axtarışı və hasilatı həyata keçirirlər.

Bu məsələlərdən başqa, tərəflər gəmiçilik, milli iqtisadi zonaların müəyyən edilməsi, bioloji resursların müdafiəsi, ekologiya məsələlərini müzakirə edirlər.

XS
SM
MD
LG