Accessibility links

Dövlət Departamenti: ABŞ tərəfləri Xocalı aeroportunun fəaliyyətinə dair məsələlərin diplomatik həllini tapmağa çağırır


ABŞ Dövlət Departamenti Xocalı aeroportunun fəaliyyəti ətrafında vəziyyətin kəskinləşməsi ilə bağlı narahatlığını bir daha bildirib.


Dövlət Departamentinin mətbuat katibi Viktoriya Nuland cümə günü keçirilən ənənəvi brifinqdə bu mövzuya toxunub.

“ABŞ tərəfləri bu aeroportun fəaliyyətinə dair məsələlərin diplomatik həllini tapmağa çağırır. Bu zaman müvafiq beynəlxalq sazişlər, beynəlxal hüquq və

Ermənistanla Azərbaycan arasında mülki hava əlaqəsi məsələsində mövcud praktika nəzərə alınmalıdır”, - o vurğulayıb.

“ABŞ bu problemin həllinə cəlb olunubmu” sualının cavabında Nuland ATƏT-in Minsk Qrupunun bəyanatından sitat gətirərək bildirib ki, bu aeroportun fəaliyyətindən Dağlıq Qarabağın statusunun dəyişdirilməsində istifadə oluna bilməz

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG