Accessibility links

Xocalı faciəsinin 21-ci ildönümü

Azərbaycanda Xocalı soyqırımının 21-ci ildönümü qeyd edilir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağın ikinci böyük yaşayış məntəqəsi olan Xocalı şəhəri keçmiş Sovet Ordusunun 366-cı motoatıcı alayının hərbiçiləri və döyüş texnikasının fəal iştirakı ilə erməni separatçıları tərəfindən işğal edilib. Bu gün prezident İlham Əliyev və dövlət rəhbərləri, hökumət üzvləri, parlamentin deputatları, yüz minlərlə ictimaiyyət nümayəndələri paytaxtın Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə gül qoyub və həlak olanların xatirəsini yad ediblər. Abidənin bünövrəsində həlak olanların adları həkk olunub.

Daha çox yüklə

XS
SM
MD
LG