Accessibility links

Xodorkovski: Dünya Kubokunun boykot edilməsi “böyük səhv” olardı


Rusiyanın keçmiş neft maqnatı, hazırda Kremlin düşməni hesab edilən Mixail Xodorkovski hökümət tənqidçilərinə bildirib ki, Rusiyada 14 iyun tarixində başlayacaq FIFA Dünya Kuboku boykot edilməməlidir.

“Boykot haqqında fikirlər var. Lakin mən düşünürəm ki, Rusiyaya səfər edəcək komandaları və azarkeşləri nəzərə alsaq, boykoy böyük səhv olardı. Dünya çempionatı ruslara Rusiyanın düşmənlərlə əhatə olunmadığını və bunun Kremlin icadı olduğunu göstərməyin bir yoludur.” – deyə, o bildirib.

Digər tərəfdən isə Xodorkovski əlavə edib ki, Qərb liderləri tam avtoritar rejim yaradan və ətrafını cinayətkarlarla əhatə edən bir şəxslə görüşmək üçün səfər etsələr, bu səhv olardı: “Bu səhv addım olardı. Çünki Rusiya prezidentinə dəstək kimi görülə bilər. Ona görə də, aydın mesaj verilməlidir ki, “bəli, biz Rusiya cəmiyyətini görməyə gəlmişik, Kremlin kriminal çevrəsilə görüşməyə deyil.”

Human Rights Watch təşkilatı bu yaxınlarda dünya liderlərinə Putinin Suriyanın mülki əhalisinin qorunması ilə bağlı addım atmadığı halda çempionatın açılış mərasimi boykot etməyi çağırış edib.

Builki Dünya Kubokuna ev sahibliyi edən Rusiya Suriya prezidenti Bəşər Əsədin əsas müdafiəçisidir. Nyu Yorkda yerləşən insan hüququları təşkilatı bu səbəbdən Suriyada mülki əhalinin əzablarına görə Moskvanın məsuliyyət daşıdığını bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG