Accessibility links

Kanadalı xokkey komandasını daşıyan avtobus qəzaya uğrayıb


Cümə günü bir qrup kanadalı xokkey oyunçularını daşıyan avtobus Saskatçevanda avtomagistralda treyler ilə toqquşub. Nəticədə 14 nəfər həyatını itirib.

16-21 yaşları arasında oyunçulardan ibarət Humboldt Broncos komandasının uğradığı qəza nəticəsində daha 14 nəfər yaralanıb. Onlardan üçünün vəziyyəti kritikdir. Humboldt Broncos Saskatchewan Junior Xokkey Liqası çərçivəsində Nipawin Hawks komandası ilə oyun keçirmək üçün şimala doğru irəliləyirdi.

Kanada polisinin inspektoru Ted Monro mətbuat konfransında “avtobus sərnişinləri arasında həlak olanlar və ağır yaralananlarının” olduğunu deyib. O, xəsarət alanlarla bağlı əlavə məlumat paylaşmağı rədd edib.

Polis bildirib ki, qəza Saskatçevan əyalətinin Tisdeyl şəhərindən 28 kilometr aralıqda baş verib. Qəza zamanı avtobus saatda 35 kilometr sürəti ilə hərəkət edirdi.

“Bu qəza təsəvvür etdiyinizdən daha ciddidir,” deyə Broncos komandasının prezidenti Kevin Qaringer Kanadanın CBC kanalına bildirib. “Biz buna inanmaq istəmirik,” o söyləyib.

Broncos komandası 24 oyunçudan ibarətdir. Onların hamısı 16-21 yaşları arasında kanadalılardır.

Kanadanın baş naziri Castin Trudo gənc idmançıların uğradığı bu qəzayla bağlı kədərini dilə gətirib.

Cümə günü baş verən qəza 1986-cı ilin dekabr ayında Saskatçevanda baş verən bir digər avtobus qəza ilə bağlı xatirələri canlandırıb. Həmin qəzada Qərbi Xokkey Liqasının Swift Current Broncos komandasının dörd üzvü həlak olmuşdu.

Swift Current-dən dörd kilometr uzaqda yolun kənarındad onların xatirəsinə abidə yerləşdirilib.

Swift Current Broncos baş sağlığını bildirib.

“Humboldt Broncos bizim ağlımız və ürəklərimizdədir,” deyə komanda Twitter-də yazıb.

Swift Current qəzasından sağ çıxan Keçmiş NHL oyunçuu Şeldon Kennedi də dəstək mesajı göndərib.

XS
SM
MD
LG