Accessibility links

Xorvatiya ölkəyə 5600 miqrantın daxil olduğunu bildirib


Xorvatiya bildirib ki, Macarıstanın Serbiya ilə sərhədini bağlamasından sonra ölkəyə 5 min 600 miqrant daxil olub. BMT Macarıstanın sığınacaq istəyən insanlarla rəftarını qəbuledilməz adlandıraraq qınayıb.

Polis bu rəqəmi insanların 24 saat ərzində şərq sərhədindən ölkəyə daxil olmasından sonra açıqlayıb. Xorvatiya Suriya, İraq və Əfqanıstanda hərbi münaqişələrdən qaçan insan axınının məruz qaldığı daha bir ölkəyə çevrilib. Bundan öncə qaçqınların Qərbi Avropaya keçid kimi istifadə etdiyi ölkə Macarıstan idi.

Macarıstan polisi bu həftə sərhədi keçməyə çalışan miqrantlara qarşı gözyaşarcıdı qaz və təzyiqli sudan istifadə edib.

BMT-nin Baş katibi Ban Ki Mun Avropa liderlərini miqrantlara mərhəmət göstərməyə çağırıb.

Serbiyannı Baş naziri Aleksandr Vuçiç də Macarıstanın onun sözlərilə, Suriya və Yaxın Şərqin başqa ölkələrində müharibələrdən qaçan insanlara qarşı “qəddar rəftarı”nı qınayıb.

Yeni daha ciddi anti-miqrant qanununun qəbul edilməsindən sonra Macarıstana gələn qaçqınlar sərt münasibətlə qarşılaşır.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG