Accessibility links

Xorvatiyanın paytaxtında yeni təkanlar qeydə alınıb


Xorvatiyadakı güclü zəlzələ ölkədə büyük ziyana səbəb olub və paytaxtın ən azı 27 nəfər sakini xəsarətlər alıb.

Seysmoloqlar ötən gün Zaqrebdə qeydə alınan 5.5 bal gücündə zəlzələdən sonra bu gün səhər saatlarında paytaxtda ən azı 38 zəif yeraltı təkanların hiss olunduğunu bildirir. Bazar günü baş vermiş iki güclü zəlzələ Zaqrebdə qarışıqlığa, xəstəxanaların boşaldılmasına və binaların dağılmasına, o cümlədən şəhərin simvollarından olan katedral kilsəsi və digər tarixi binalara zərər vurmasına səbəb olmuşdu.

Bazar ertsəi isə ən güclü təkan günorta saatlarında 3,7 bal gücündə idi. Bu, əvvəllər COVID-19-ın yayılmaması üçün ictimai yerlərdə böyük yığıncaqlar barədə hakimiyyət orqanlarının xəbərdarlığına baxmayaraq, insanların evlərini tərk edərək ictimai parklara üz tutması ilə nəticələnib.

Əksər insanlar üçün yeni koronavirus yalnız yüngül və ya orta dərəcədə simptomlar deməkdir, məsələn hərarət və ya öskürək. Bəziləri, xüsusilə yaşlılar və sağlamlıq problemləri olan insanlar üçün sətəlcəm də daxil olmaqla, daha ağır xəstəliklərə səbəb ola bilər.

Daxili İşlər Naziri Davor Bozinoviç 27 nəfərin yaralandığını, onların 18-nin vəziyyətinin ağır olduğunu bildirib. Bazar günü baş verən zəlzələdən sonra 250 evə ziyan dəyib və 59 nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilməli olub.

Bundan başqa, virusun yayılması ilə mübarizə üçün nəzərdə tutulan yeni məhdudlaşdırıcı tədbirləri, o cümlədən insanların yemək və dərman, tibbi yardım almaqdan və ya işə getməkdən başqa evlərini tərk etmək qadağasını da açıqlayıb.

"Biz eyni anda iki böhranla mübarizə aparırıq. Biri koronavirusa qarşı, digəri zəlzələnin nəticələrinə qarşıdır" - deyə, Bozinoviç qeyd edib.

Bazar ertəsi səhər Xorvatiyada təsdiqlənmiş 306 yeni koronavirusa yoluxma halı var.

XS
SM
MD
LG