Accessibility links

Xoşbəxt Yusifzadə: Exxon və ConocoPillips-lə saziş bağlana bilər


Xoşbəxt Yusifzadə: Exxon və ConocoPillips-lə saziş bağlana bilər
please wait

No media source currently available

0:00 0:03:05 0:00

Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Amerikanın Səsinə müsahibəsində bildirib ki, bu gün Bakıda açılan "Caspian Oil and Gas 2013" neft-qaz sərgisində 387 şirkət iştirak edir. 1994-cü ildə keçirilən birinci sərgidə cəmi 100 şirkət iştirak edib. “İndi 20-ci sərgidir və bu il şirkətlər daha çox Bakı sərgisində iştirakda maraqlıdır”. Onun fikrincə, 2013-cü ilin əsas yeniliklərindən biri Transanadolu layihəsidir (TANAP). Birinci vitse-prezident Azərbaycanı Cənub dəhlizini dəstəklədiyini bildirib. “Biz istəyirik ki, Cənub Dəhlizi qəbul olunsun. Transadriatik (TAP) layihəsi ilə Nabucco layihəsi bir-birini tamamlayır. Azərbaycan TANAP və Cənub Dəhlizi layihəsini seçibsə, deməli Nabucco layihəsində də iştirak edəcək. Nabucco ilə bağlı qərar qəbul ediləndə Azərbaycanın fikri müsbət olacaq”, Yusifzadə qeyd edib. Onun dediyinə görə, Azərbaycanın hazırda 2 trilyon 550 milyard kub metr təsdiq olunmuş qaz ehtiyatı var.

XS
SM
MD
LG