Accessibility links

Xoşbəxt inəklər [Video]


Xoşbəxt inəklər
please wait
Embed

No media source currently available

0:00 0:02:06 0:00

Viskonsində tədqiqatçılar inəkləri xoşbəxt etməyin yollarını tapıblar. Onlar deyir ki, xoşbəxt inəklər məhsuldar olur, belə olanda isə fermlər də daha xoşbəxt olur.

Bu inəklər xoşbəxtdir. Buna səbəb onların artıq yemlənmiş olmaları deyil.

Onların stressini aradan qaldıranda, onlar daha çox süd verir. Bir başqa maraqlı tərəfi də odur ki, onlar bunu daha az yeməklə edir.
Mitç Bruniq

Buna səbəb onların mal-qara üçün hazırlanmış spada istirahət etmələridir. Onlara hətta masaj belə edilib.

Bu inəklər bir çox başqa inəkdən daha xoşbəxtdir. Xoşbəxt inəklər isə daha yaxşı süd verir.

Kaliforniya Süd Məsləhət Şurası illərdir bunu sübut etməyə çalışır.

Viskonsin Universitetinin Dairyland Təşəbbüsündə işləyən bir qrup tədqiqatçı isə fermları ziyarət edir və fermerlərə mal-qaralarının yaşayış standartlarını yaxşılaşdırmağın yollarını göstərir.

Bu məlumat təşəbbüsün vebsaytında hər kəsə açıqdır.

Ən əsas məsələlərdən biri ayaq ağrısının və ya axsaqlığın qarşısını almaqdır.

“Axsaqlıq inəyin gün ərzində istirahət etmələsindən tutmuş, süd verməsinə, qidalanmasına, nəslini artırmasına və fermada yaşamasına qədər etdiyi demək olar hər şeyə təsir göstərir. Qumların dərinliyi və yumşaqlığı inəklərin günün yarısını dincəlmələrinə imkan yaradır. Bu isə inəklər üçün çox mühümdür”, deyə tədqiqatçı Nigel Kuk bildirir.

Bundan əlavə isə tədqiqatçılar deyir ki, tövlələr böyüdülməlidir, daha çox ventilyator quraşdırılmalıdır və inəklərin hamısına bir yerdə yem verilməlidir.

Onlar həmçinin bildirir ki, stresi azaltmaq üçün inəklər doğuş ərəfəsində dostlarının yanında olmalıdır.

Mitç Brüniq ona verilən məsləhətləri təcrübədən keçirib və Viskonsinin cənub-mərkəzindəki Mistik Valley Süd Fermasında 400 inəyin şəraitini yaxşılaşdırıb.

“Onların stressini aradan qaldıranda, onlar daha çox süd verir. Bir başqa maraqlı tərəfi də odur ki, onlar bunu daha az yeməklə edir”, Brüniq deyir.

Nəticə olaraq, o deyir ki, süd məmulatlarının istehsalı artıb. Belə ki, gündə bir inəkdən alınan südün miqdarı 49 litrdən 57 litrə qədər çoxalıb. Bundan əlavə isə onun inəklərinin xəsarətləri də azalıb, ömürləri isə bir il uzanıb.

Bir sözlə xoşbəxt inəklər fermerləri də xoşbəxt edir...bu isə hər kəsin xeyrinədir.

XS
SM
MD
LG