Accessibility links

Xoylu ana övladının qatilini son anda əfv edib


Xoy, Qərbi Azərbaycan vilayəti
Xoy, Qərbi Azərbaycan vilayəti

İRNA xəbər agentliyinə istinadən, Xoyun Müdərris meydanında dar ağacının altına gətirilən məhkumun boynundan ipi 9 il öncə öldürdüyü uşağın anası çıxarıb

Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində bir edam məhkumu qətlə yetirdiyi uşağın valideyni tərəfindən bağışlanaraq, hökmün icrasına bir neçə saniyə qalan son anlarda dar ağacından qurtulub.

İRNA xəbər agentliyinə istinadən, Xoyun Müdərris meydanında dar ağacının altına gətirilən məhkumun boynundan ipi 9 il öncə öldürdüyü uşağın anası çıxarıb.

Yayılan məlumata görə, “H.C. 9 il öncə 19 yaşında ikən 6 yaşında olan Şahin Zamani adlı bir uşağı qətlə yetirdiyi zaman həbs edilib və digər bir uşağı öldürdüyünü də etiraf edib. İkinci uşağın ailəsi qatili əfv etsə də, Şahin Zamaninin valideyni onun edam edilməsini tələb etmişdi.”

Edam məhkumu sentyabrın 6-da Xoyun Müdərris meydanında əhalinin gözləri qarşısında dar ağacından asılacaq idi.

İran Radio Televiziya Qurumu tərəfindən nəşr edilən Cam-i Cəm qəzeti olayı belə açıqlayır:

“Səhər çağı məmurlar məhkumu əlləri və ayaqları qandallı şəkildə həbsxanadan çıxarıb Müdərris meydanında bir Kran maşını üzərində quraşdırılmış dar ağacının altına gətirdilər. Onlar ipi səssiz məhkumun boynuna doladılar, amma, hökmün icrasına saniyələr qalmıç məhkumun öldürdüyü uşağın anası ipi onun boynundan çıxardı.”

Öldürülən uşağın anası deyib ki, “bu gənci Allahın rızası üçün, yaşayışında doğru yolu tapması üçün bağışlayıram.”

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG