Accessibility links

Xoy məhkəməsi türk fəalı ‘ictimai rəyi çaşdırmaq’ ittihamı ilə mühakimə edir


Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində İnqilab Məhkəməsinin prokuroru milli fəal Cavad Əhmədi Yekənlini “ictimai rəyi çaşdırmaqda” günahlandırıb.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, bazar ertəsi günü Xoy İnqilab Məhkəməsinin 3-cü şöbəsində siyasi fəala ittihamnamə oxunub.

“Cavad Əhmədi Yekənli iyunun 29-da daha öncə çağırıldığı Xoyun təhlükəsizlik və ümumi əmniyyət polisinə müraciət edib. Oradan məmurlar tərəfindən İnqilab Məhkəməsinə aparılan türk fəal ittihamnamə oxunduqdan sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb,” HRA-nın xəbərində bildirilib.

20 milyon tümənlik mülki zəmanətlə azadlığıa buraxılan fəal daha sonra “sosial mediada Babək qalası yürüşünə çağırış vərəqəsi yaymaq yolu ilə ictimai rəyi çaşdırmaq” ittihamı ilə mühakimə ediləcək.

Cavad Əhmədi Yekənli keçən illərdə də göstərdiyi müxtəlif fəaliyyətlər səbəbilə, o cümlədən Babək Qalası yürüşü, habelə Xoy və Sulduz şəhərlərində keçirilən mərasimlər və küçə etirazlarına qatıldığı üçün həbs və mühakiməyə məruz qalıb.

XS
SM
MD
LG