Accessibility links

Pravoslav xristianlar Milad bayramını qeyd edir


Pravoslav xristianları yanvarın 6-dan 7-nə keçən gecə Milad bayramını qeyd ediblər.

Yanvarın 6-dan 7-nə keçən gecə Moskvada, xilaskar Məsihin məbədində Moskva və bütün Rusiya patriarxı Kirilin rəhbərliyi ilə xüsusi mərasim keçirilib.

Mərasim Rusiyadakı əsas televiziya kanalları və Rusiya pravoslav kilsəsinin saytı ilə canlı yayımlanıb.

Mərasimdə baş nazir Dimitri Medvedev və həyat yoldaşı da iştirak edib.

Patriarx Kiril mərasimin əsas hissəsidən sonra Ukraynaya sülh diləyib,dua edib.

Qeyd edək ki, dekabrın sonunda Kiyevlə Ukraynanın separatçı Şərq bölgəsi əsir mübadiləsi edəndə patriarx da vasitəçi olub.

Prezident Vladimir Putin isə Milad mərasimini Sankt Peterburqda-Maxovaya küçəsindəki kilsədə qeyd edib.

Rusiya mətbuatının yazdığına görə Putinin atası bu kilsədə vəftiz edilib, yəni xaç suyuna salınıb.

Qeyd edək ki, dünya katolikləri Milad bayramını dekabrın 24-dən 25-nə keçən gecə qeyd edirlər.

XS
SM
MD
LG