Accessibility links

Qərb xristianları Pasxa bayramını qeyd edir


Roma Papası Fransis Pasxa münasibətilə ənənəvi mesajını verir, Vatikan, Müqəddəs Pyotr meydanı, 1 aprel, 2018.
Roma Papası Fransis Pasxa münasibətilə ənənəvi mesajını verir, Vatikan, Müqəddəs Pyotr meydanı, 1 aprel, 2018.

Dünya xristianları bazar günü əfsanəyə görə, İsa peyğəmbərin çarmıxa çəkildikdən sonra diriliş günü hesab edilən Pasxa bayramını qeyd edir. Bu, xristian təqvimində əsas bayramdır.

Pasxa bayramı müxtəlif illərdə müxtəlif günlərə düşən “dəyişən bayram”dır. Qərb xristianları Pasxanı yazda günün bərabərləşməsinin ardınca bütöv Ayın çıxmasından sonrakı bazar günü qeyd edir.

Bazar günü minlərlə dindar Roma Papası Fransisin Pasxa münasibətilə ənənəvi “Urbi et Orbi”-“şəhərə və dünyaya”-mesajını dinləmək üçün Vatikanda Müqəddəs Pyotr meydanında toplaşıb.

Roma Papası Fransis Vatikanda Müqəddəs Pyotr meydanında Pasxa bayramı münasibətilə toplaşmış insanları salamlayır.
Roma Papası Fransis Vatikanda Müqəddəs Pyotr meydanında Pasxa bayramı münasibətilə toplaşmış insanları salamlayır.

Pasxa ilə Müqəddəs Həftə sona çatır. Buraya İsa peyğəmbərin əshabələri ilə sonuncu şam yeməyi yediyi Müqəddəs Cümə axşamı və onun çarmıxa çəkildiyi Müqəddəs Cümə daxildir.

Şərq pravoslav xristianlar Pasxa bayramını gələn həftənin bazar günü aprelin 8-də qeyd edəcək.

Adətən, qərb və şərq xristianları Pasxa bayramını aralarında bir neçə həftə fərqlə qeyd edir. Bu, qərb xristianlarının qriqorian, şərq kilsələrinin isə köhnə yulian təqvimindən istifadə etməsi ilə əlaqadardır. Lakin keçən il hər iki ənənənin davamçıları Pasxa bayramını eyni gündə qeyd edib.

XS
SM
MD
LG