Accessibility links

Xuan Quaydo: Humanitar yardımların blokadası “bəşəriyyətə qarşı cinayətkarlıq”dır


ABŞ və digər 50 ölkənin Venesuela prezidenti kimi tanıdığı Xuan Quaydo humanitar yardımların blokadasını “bəşəriyyətə qarşı cinayətkarlıq” kimi qiymətləndirib.

"Bunun məsuliyyətini daşıyanlar və rejim bunu bilir. Bu, silahlı qüvvələrin bəşəriyyətə qarşı cinayətidir” - deyə, Quaydo bildirib.

O, Kolumbiya ilə Venesuela arasında körpünü bağlayaraq xarici humanitar yardımların ölkəyə daxil olmasına mane olan qüvvələri nəzərdə tutub.

Prezident Nikolas Maduro Kolumbiya sərhədində ABŞ-ın 50 tondan çox humanitar yardımın ölkəyə daxil olmasının qarşısını alıb. O, ölkədə heç bir humanitar böhran olmadığını deyir.

Birləşmiş Millətlər Təşkilatı Venesueladakı humanitar ehtiyacların kritik olduğunu bildirir. Təşkilat altıdan çox BMT agentliyinin əhalinin təcili sağlamlıq, ərzaq və müdafiə ehtiyaclarının qarşılaması üçün noyabr ayından bəri fəaliyyətini artırıb.

Bir çox müşahidəçi deyir ki, ABŞ-ın iqtisadi təzyiqinin və mümkün hərbi müdaxiləsinin nəticələrini götür-qoy etdiyi bir vaxt davam edən böhranın əziyyətini adi xalq çəkir.

XS
SM
MD
LG