Accessibility links

Xuan Quaydo: Nə Rusiya, nə də Çin Nikolas Maduronu dəstəkləyir


Venesuelanın müxalifət lideri paytaxt Karakas şəhərində tərəfdarlarına Rusiya və Çinin Nikolas Maduronu dəstəkləmədiyini bildirib.

Özünü müvəqqəti prezident elan etmiş Xuan Quaydonun sözlərinə görə, bu iki ölkə sadəcə Venesueladakı öz biznes maraqlarını güdür.

Amerika Birləşmiş Ştatları və dünyanın 50 başqa ölkəsi Xuan Quaydonu Venesuelanın qanuni prezidenti kimi tanımasına baxmayaraq, Rusiya və Çin Maduroya dəstək verib.

“Maduro höküməti təcrid olunub, yaratdıqları problemləri həll edə bilmirlər, heç bir beynəlxalq müttəfiqləri yoxdur. Rusiyanın və Çinin onlarla birlikdə olduqları doğru deyil, bu, böyük bir səhvdir. Onların maraqlarının nə olduğu çox aydındır və mən bunu çpx gözəl başa düşürəm. Ancaq onlar da digər bütün ölkələr kimi başa düşməlidirlər ki, vətəndaşları qoruyan tək şey məhz qanunun aliliyidir” - deyə, Quaydo bildirib.

Quaydonun bu iddiası Çin tərəfindən neftlə zəngin Venesuelaya milyardlarla dollar kredit verilməsinə nail olması və Rusiya ilə birgə neft hasilatı müəssisələrinin açılmasına dair müqavilə bağlanması ilə dəstəklənə bilər.

Maduro ölkədəki ərzaq, su və elektrik çatışmazlığına baxmayaraq, hakimiyyətdən imtina etməyəcəyini və ABŞ-ın həyata keçirdiyi çevriliş cəhdinin qurbanı olduğunu söyləyib.

ABŞ bu ayın əvvəlində Venesuelaya təzyiqini artırmaq məqsədilə əvvəlki sanksiyalara əlavə olaraq onlarla yüksək vəzifəli təhlükəsizlik işçisinin şəxsi vizalarını ləğv edib.

XS
SM
MD
LG