Accessibility links

Xüsusi prokuror Müller Trampın hüquqşünaslar komandasının keçmiş sözçüsü ilə söhbət keçirmək istəyir


Xüsusi prokuror Robert Müller
Xüsusi prokuror Robert Müller

Xüsusi prokuror Robert Müller Rusiyanın 2016-cı ilə ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı təhqiqatın bir hissəsi olaraq, prezident Trampın hüquqşünaslar komandasının keçmiş sözçüsü ilə söhbət keçirmək istəyir. Bu haqda məlumatı məsələ ilə tanışlığı olan mənbə verib.

Mark Korallo Rusiya ilə bağlı federal hökumət və Konqres tərəfindən aparılan təhqiqatlarda Trampın vəkillərini təmsil edirdi. O, keçən ilin yayında istefa verib.

Məsələ ilə tanışlığı olan adının açıqlanmadığı mənbənin bildirdiyinə görə, söhbətin nə zaman keçiriləcəyi məlum deyil.

Korallo həmçinin Trampın 2016-cı ilin iyun ayında ruslarla görüşü haqda oğluna yanlış bəyanat diktə etdiyinə dair məlumatlarla da bağlı sorğu-sual edilə bilər.

Müllerin komandası Moskva və Trampın kampaniyası arasında hər hansı əlaqə olub-olmadığını araşdırır.

Korallo iyul ayında kadrlar dəyişiklikləri edilən vaxt istefa verib. ABŞ mediası o zaman Trampın hüquqşünaslardan ibarət komandasının yenidən təşkili və Müllerin təhtiqatının məhdudlaşdırılması yollarını axtardığı haqda məlumat vermişdi.

ABŞ-ın kəşfiyyat orqanları Moskvanın 2016-cı ildə prezident seçkilərinin Trampın qələbəsini təmin etmək üçün iş apardığı haqda nəticə çıxarıb. Moskva hər hansı müdaxilə ilə bağlı iddiaları, Tramp isə Moskva ilə hər hansı əlaqəni rədd edib.

Federal Təhqiqatlar Bürosunun keçmiş direktoru olan Müller may ayında federal səviyyədə təhqiqata rəhbərlik etmək üçün xüsusi prokuror təyin edilib. Təhqiqatın gedişi zamanı hələlik Trampın keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flinn və keçmiş kampaniya müşaviri Corc Papadopulos günahkar tanınıb. Trampın keçmiş kampaniya meneceri Pol Manafort və müşaviri Riçard Geyts çirkli pulların yuyulması da daxil olmaqla irəli sürülmüş ittihamlarda özlərini günahkar tanımayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG