Accessibility links

Bomba aşkarlayan xüsusi təlim itləri [Video]


Bomba aşkarlayan xüsusi təlim itləri
please wait

No media source currently available

0:00 0:01:39 0:00

Yəqin ki, hər birimiz dünyanın müxtəlif hava limanlarında çantaları, baqajları iyləyərək, şübhəli qoxuları xəbər verən itləri görmüşük.

İtlərin burunlarında təxminən 300 milyona yaxın sensor reseptoru var ki, bu da onları bomba aşkarlamaq üçün vacib vasitəyə çevirir. Müqayisə üçün deyək ki, insanlar reseptor sayı təxminən 5 milyondur.

İybilən itlərinə dinamit, TNT, plastik partlayıcı və başqa qoxuları müəyyən etmək üçün təlim keçirilir. Lakin müasir bombaların fərqli maddələrdən hazırlanması bu itlərin işini çətinləşdirir.

Buna görə də Linkoln Universitetinin tədqiqatçıları itlərin bildikləri qoxulardan başqa qoxular tanıyıb-tanıya bilməməsini araşdrımaq qərarına gəliblər.

"Əgər bir əşya balıq qoxusu verirsə siz bunu anlamaq üçün bütün balıqları iyləmənizə ehtiyac yoxdur. Ona görə biz də itlərin qoxuları kateqoriyaya bölə bilib-bilmədiklərini araşdırırıq. İnsanlar üçün bu bacarıq təbiətdən gəldiyi və adlandıra bildiyimiz üçün asandır. Amma itlər eyni şəkildə edə bilmirlər." - deyə Linkoln Universitetinin tətqiqatçısı Anna Vilkinson bildirib.

İtlərə 40 müxtəlif qoxuya reaksiya vermək üçün təlim keçirilir. Onlar müəyyən kateqoriyaya daxil olan qoxulara cavab verdiklərində mükafat alırlar.

Altı həftə sonra həmin qoxular yenidən onlara təqdim edildikdə itlər yenə də onları düzgün kateqoriyaya yerləşdirə biliblər.

Bu tədqiqatlar gələcəkdə itlərə necə təlim keçirilməsinə və başqa qoxuları tapa bilməməsinə təsir göstərə bilər.

XS
SM
MD
LG