Accessibility links

Amerikalı Məhəmməd Camal Xveysin İslam Dövlətinə qoşulmasına dair istintaq başlayıb


ABŞ-ın hüquq-mühafizə orqanları amerikalı Məhəmməd Camal Xveysin İraqdakı İslam Dövləti yaraqlılarına necə qoşulmasına dair istintaqına başlayıb. Bu həftə o, kürdlərin Peşmərqə döyüşçüləri tərəfindən ələ keçirilib. Virciniyada doğulan Məhəmməd Sincarda kürdlər tərəfindən ələ keçirilməzdən iki ay əvvəl cihadçıların sıralarında olduğunu bildirib.

Kürdüstanın regional təhlükəsizlik şurası 26 yaşlı Xveysin Mosuldan kürdlərin ərazisinə keçərkən ələ keçirildiyini bildirib. Onu gənc bir iraqlı qadın müşayiət edib. Məhəmməd Avropa ölkələrində bir neçə dəfə dayandıqdan sonra dekabr ayında Türkiyə vasitəsi ilə Suriyaya keçib. O, yanvarın axırında evinə dönmək üçün İraq ərazisinə daxil olduğunu bildirib.

Kurd rəsmiləri Amerikanın səlahiyyətli nümayəndələri ilə əlaqə saxlayaraq onun haqda məlumat verdiklərini deyib. Hazırda Xveys təhlükəsizlik rəsmiləri tərəfindən sorğu-suala çəkilir. Onunla beynəlxalq və yerli qanunlar çərçivəsində davranıldığı vurğulanıb.

Xveysin İŞİD-lə necə əlaqəyə girdiyi bəlli deyil. Ələ keçirilənkən onun üzərində kredit kartı, sürücülük vəsiqəsi, mobil telefon və nağd pul tapılıb. Rəsmilər silah aşkar edilmədiyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Şimali Koreya Yaponiya üzərindən ballistik raket atıb
please wait

No media source currently available

0:00 0:10:17 0:00
XS
SM
MD
LG