Accessibility links

XXI dünya çempionatı Fransa yığmasının qələbəsi ilə başa çatıb


Bu gün Rusiyada keçirilən XXI dünya çempionatına yekun vurulub. Həlledici qarşılaşmada Fransa və Xorvatiya milliləri üz-üzə gəlib.

Moskvadakı “Lujniki” stadionunda start götürən XXI dünya çempionatı elə həmin arenada da Fransa yığmasının çempionluğu ilə başa çatıb.

Qaliblərin mükafatlandırılması mərasimində FIFA prezidenti Canni İnfantino, ev sahibi Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Fransa Prezidenti Emmanuel Makron və Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç iştirak edib.

Mükafatlandırma mərasimində 2014-cü ildə futbol üzrə dünya çempionu Almaniya millisinin kapitanı olmuş Filip Lahm mundialın kubokunu arenaya gətirib.

Xorvatiya yığmasının kapitanı Luka Modriç çempionatın ən yaxşı futbolçusu, Fransa millisinin gənc hücumçusu Kaylian Mbappe isə ən yaxşı gənc futbolçusu elan ediliblər. Ən yaxşı qapıçı adına isə Belçika millisinin qolpikeri Tibo Kurtua layiq görülüb.

Sonra dünya çempionatında ikinci yeri tutan Xorvatiya yığmasının futbolçularına mundualın gümüş medalları təqdim edilib.

Daha sonra XXI dünya çempionu Fransa millisinin üzvlərinə qızıl medallar təqdim olunub.

Növbəti – XXII dünya çempionatı 2022-ci ildə Qətər Dövlətində keçiriləcək.

XS
SM
MD
LG