Accessibility links

Yüksək səsli musiqi eşitmə qabiliyyətinə ciddi təhlükədir


BMT agentlikləri audio cihazlarda musiqini yüksək səslə dinləyən 12 yaşla 35 yaş arasında 1 milyarddan artıq insanın eşitmə qabiliyyətini itirəcəyi riski barədə xəbərdarlıq yayıb.

Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Telekommunikasiya Birliyinin yeni beynəlxalq standartları smatrfonlar və digər cihazları bu baxımdan daha təhlükəsiz edə bilər.

Musiqi dinləmək böyük bir zövqdür. Lakin səhiyyə ekspertləri gənclərin musiqi dinləmək zövqündən məhrum edilməməsinin vacibliyini önə çəkir. Onlar yüksək sədaların təhlükəsi və eşitmə qabiliyyətinə daimi zərər vurması barədə xəbərdarlıq yayıb.

Ümumdünya Səhiyyə Təşkilatı 1.1 milyard insanın eşitmə problemi riski barədə aydın dəlillərə malik olmadığını bildirsə də, ekspertlər 4 illik araşdırmalardan sonra yüksək musiqi sədalarının karlığa və ya eşitmə probleminə səbəb olduğu qənaətinə gəlib.

Araşdırmalar gənclərin dinləmə vərdişləri və səsin yüksəkliyi üzərində aprılıb. Alimlər deyir ki, bu məlumat karlıqla mübarizədə olduqca dəyərlidir.

Təhlükəsiz dinləmə üçün əsas tövsiyə nə müddətə və hansı yüksəklikdə musiqi dinləməsini müəyyən edən softveyrin əldə edilməsidir. Bundan əlavə avtomatik səs alınması sistemi və valideynlərin nəzarəti də tövsiyələr sırasındadır.

BMT agentlikləri hökumətlər və istehsalçıların yeni stadartları qəbul edəcəyinə ümid bəsləyir.

Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Telekommunikasiya Birliyi 466 milyon insanın eşitmə problemindən əziyyət çəkdiyini və bunların böyük hissəsinin aşağı və ya orta gəlirli ölkələrin payına düşdüyünü bildirir.

Təxminlərə görə, bu göstərici 2050-ci ildə 900 milyona yüksələ bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG