Accessibility links

Yüksək Seçki Şurasından İstanbul qərarı gözlənilir


Türkiyənin Yüksək Seçki Şurası prezident Rəcəb Tayyib Ərdoğanın Ədalət və İnkişaf parityasının (AKP) İstanbulda bələdiyyə seçkilərinin yenidən keçirilməsi ilə bağlı müraciətinə dair qərarını bazar ertəsi günü verəcək. Bu barədə AKP-nin İstanbul bələdiyyə başçısı vəzifəsinə namizədi Binalı Yıldırım bildirib.

31 mart yerli bələdiyyə seçkilərində ilkin nəticələrə görə əsas müxalifət partiyası olan Cumhuriyyət Xalq Partiyası (CHP) İstanbulda Ərdoğanın Ədalət və İnkişaf Partiyası (AKP) və onun islamçı sələflərinin 25 illik nəzarətinə son qoyaraq az səs fərqlə qələbə qazanıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyası (AKP) və onun Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan müttəfiqləri Türkiyənin Yüksək Seçki Şurasına (YSK) şikayət ərizəsi təqdim edib və İstanbulda seçki pozuntularının olduğunu iddia edərək, nəticələrin ləğv olunmasını və seçkinin yenidən keçirilməsini tələb edib.

Bu müraciətlərə baxış həftələrlə davam etsə də, Yüksək Seçki Şurası İstanbulda səslərin tam hesablanması haqda qərar çıxarıb. CHP-nin namizədi Əkrəm İmamoğlu isə ötən ay səslərin hesablanmasının başa çatmasından sonr İstanbulun yeni meri olaraq vəzifəsinin icrasına başlayıb.

İstanbulun yeni seçilmiş meri Əkrəm İmamoğlu tərəfdarları qarşısında, İstanbul, 17 aprel, 2019.
İstanbulun yeni seçilmiş meri Əkrəm İmamoğlu tərəfdarları qarşısında, İstanbul, 17 aprel, 2019.

Anadolu xəbər agentliyinin keçən həftə verdiyi məlumata görə, Türkiyə prokurorları İstanbulda keçirilən yerli seçkilər zamanı qanun pozuntuları iddiası ilə 32 iş üzrə istintaqa başlayıb və 100-dən çox seçki məntəqəsinın səlahiyyətlilərini şübhəli qismində sorğu-sual edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü İstanbulda son 25 ildə ilk dəfə müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) qələbəsi ilə nəticələnən bələdiyyə seçkilərinin yenidən keçirilməsini dəstəklədiyinə işarə edib.

İstanbul bələdiyyə başçısı Ekrem İmamoğlu bazar günü verdiyi açıqlamalarda seçkilərin bitdiyini və nəticələrin dəqiq olduğunu deyib. İmamoğlu YSK-nin verəcəyi qərarın Türkiyənin gələcəyini qoruyacağına inandığını bildirib.

XS
SM
MD
LG