Yeni gələn 5G şəbəkələri milyardlarla yeni cizahı İnternerə bağlayacaq və bununla da bizim iş və həyat tərzimizi yenidən dəyişdirəcək.
Bu şəbəkənin gətirəcəyi işıq sürəti qabaqcıl texnologiyanı dəstəkləyəcək və milyonlarla yeni iş yerlərinın açılmasına təsir göstərəcək.
Çin 5G yarışında qalib olmaq niyyətindədir. Keçən il 19-cu partiya qurultayı zamanı təqdim edilən “Made in China 2025” adlı planına əsasən, məqsəd yalnız texnoloji üstünlüyə nail olmaq deyil, nəticədə texnoloji inkişafa nəzarət etməkdir.
Artur Herman, Hudson İnstitutu: “Bizim çox ciddi rəqibimiz var və o əminliklə irəliləyir. Bu səylərə ABŞ cavab verməlidir və bu çağırış nəinki Birləşmiş Ştatlara, bütövlükdə bütün dünyaya təsir edəcək. 5G texnologiyasının inkişafı Amerikanın milli təhlükəsizliyi, iqtisadi təhlükəsizliyi və müttəfiqlərimizlə münasibətlər müstəvisində çox əhəmiyyətli yer tutur.”
Bu günə qədər ən azı 61 ölkə Çin texnologiya nəhəngi Huawei tərəfindən hazırlanmış cihazın sınaqdan keçirilməsinə razılıq verib. Britaniya, Portuqaliya, İtaliya, Meksika və Filippin də daxil olmaqla həmin ölkələrdən 10-u artıq 5G şəbəkəni işə salacaqlarını elan edib.
Ekspertlər deyir ki, çox sayda ölkələrin Huawei cihazlarını seçməsinin səbəbi Çinin daha münasib qiymət təklif edə bilməsindədir.
Deklan Qanli, Global Telecommunication - Rivada Networks: “Çin, cihazları görülməmiş səviyyədə subsidiyalaşdırmağa hazırdır.”
Brayan Hendriks, Nokia direktoru: “Bu, enerji şirkətləri və İnternet müstəvisində olan şirkətlər arasında mövcud olan sektorlararası bir yanaşmadır. Həmçinin diplomatik təzyiq, maliyyə çətinlikləri olan ölkələrdə vətəndaş sənayesinə edilən sərmayələr də mövcuddur”
Çinin texnoloji irəliləyişi Vaşinqtonun Huawei cihazları işlədən ölkələrlə bağlı narahatlığını artırır. Bu ölkələr arasında ABŞ-ın hərbi bazaları yerləşən Almaniya, İtaliya və Yaponiya da var.
Huawei şirkəti Çinin hərbi və kəşfiyyat idarələri ilə əlaqələri olması ilə tanınır.
Artur Herman: “Bizim silahlı xidmətlər 5G şəbəkələrini Asiyada, Avropada və Yaxın Şərqdə istifadə edərək, bu şəbəkədə hansı məlumatların paylaşılacağını təhlil edə biləcəyi vaxtı gözləyirlər. Həmin şəbəkələr Çin şirkətlərinə bağlı olsa, bu, bizim xidmətlərin ürəyincə olmayacaq.”
Lakin veteran siyasi müşavir Karl Rov deyir ki, Çin qüsursuz deyil.
Karl Rov, Sabiq prezident Corc Buşun müşaviri: “Çin keyfiyyətsiz cihazlar və keyfiyyətsiz quraşdırılma reputasiyasına malikdir. Afrika və Asiya ölkələrinin borcdan asılı olması həmin ölkələrin Çindən asılılığa davam etmələri barədə şübhələr oyatdı. Üçüncü məsələ, Çinin kifayət qədər pulu varmı?”
ABŞ və Çin liderləri Argentinada keçirilən G20 sammitinin kənarlarında bu mövzunu müzakirə ediblər.