Accessibility links

Yüzədək dindar “siyasi məhbus” kimi tanınır


Gündüz Ağayevin 2015-c ilin noyabrında baş verən Nardaran hadisələri ilə bağlı keçirilən "Nardaran işi" məhkəməsindən illustrasiyası

“Hazırda Azərbaycanda dini durum sabitdir, bu sahədə cərəyan edən proseslər və tendensiyalar nəzarətdədir.”

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, dini sahədə ortaya çıxan əksər problemlərin kökündə dini savadsızlıq, islamın olduğu kimi təqdim edilməməsi dayanır.

Qafqaz Müsəlmanları İdarəsinin rəsmi təyin etdiyi 1060-dan çox din xadimi hər ay maddi dəstək alır.
Mübariz Qurbanlı

“Məhz bu səbəbdən Azərbaycan dövləti milli-mənəvi dəyərlərin təbliği istiqamətində ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinə xüsusi önəm verir. Çünki dini maarifləndirmə düzgün aparıldığı zaman dini təhlükəsizlik və ictimai-siyasi sabitlik təmin olunur, tolerantlıq ənənələrinin inkişafına təkan verilir, dini zəmindəki ziddiyyətlərin, dövlətlər və xalqlar arasındakı qarşıdurmaların qarşısı alınır”, o qeyd edib.

Komitə sədrinin sözlərinə görə, Azərbaycanın hər bir bölgəsində fəaliyyət göstərən və Qafqaz Müsəlmanları İdarəsinin rəsmi təyin etdiyi 1060-dan çox din xadiminə hər ay maddi dəstək göstərilir.

“Maddi dəstək Dövlət Komitəsinin tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən verilir.”

Mübariz Qurbanlı bildirib ki, Azərbaycan SSRİ-nin tərkibində olduğu dövrdə ölkədə cəmi 17 məscid vardısa, bu gün onların sayı 2250-dən çoxdur.

“Eyni zamanda, ölkə ərazisində 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Ölkəmizdə 877-si İslam, 32-i isə qeyri-islam (xristian - 21; yəhudi - 8; bəhai - 2; krişna - 1) olmaqla 909 dini qurum qeydiyyatdan keçib,” o qeyd edib.

Siyasi məhbuslar
Siyasi məhbuslar

Hüquq müdafiə təşkilatlarının məlumatına görə, hazırda ölkədə siyasi məhbus kimi tanınan 150 nəfərin yüzə qədəri dindarlardır.

İl ərzində Suriya və İraqda radikal dini cərəyanların qanunsuz silahlı dəstələrinin tərkibində döyüşmüş onlarla insan həbs olunub.

Hüquq mühafizə orqanlarının bildirdiyi kimi, radilkal dini zəmində Gəncə şəhərində baş verən hadisələr diqqəti cəlb edir. Belə ki, iyulun 3-də dindar Yunis Səfərov Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə bir neçə atəş açıb.

İyulun 10-da isə Gəncədə dindarların aksiyadı zamanı şəhər polis rəhbərliyində təmsil olunan iki yüksək rütbəli zabiti öldürülüb.

Gəncədə daş verən kütləvi iğtişaşlar hadisələrin bir neçə ay əvvəldən nəzərdə tutulduğunu və dini-ekstremist təşkilatlarla sıx bağlı olduğunu göstərib.
Baş prokuror Zakir Qaralovun iyulun 30-dakı çıxışından

İyulun 30-da Azərbaycanın baş prokuroru Zakir Qaralov Gəncədə baş vermis hadisələrlə əlaqədar əməliyyat-axtarış, istintaq tədbirləri haqqında danışarkən bildirib.

“Radikal dini təriqətə mənsub, xarici ölkədə dini təhsil almış və Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşmüş Yunis Səfərovun hakimiyyət nümayəndəsinə qarşı planlaşdırılmış terror aktı, baş tutacağı halda ölkədə xaos və iğtişaşlar yaratmağa yönəlmiş çağırışın öncədən hazırlanması, həmçinin bir neçə gün sonra baş verən kütləvi iğtişaşlar bu hadisələrin bir neçə ay əvvəldən nəzərdə tutulduğunu və dini-ekstremist təşkilatlarla sıx bağlı olduğunu göstərib”, baş prokuror qeyd edib.

Rəsmi məlumatlara görə, Gəncə hadisələrindən sonra 80-ə yaxın insan həbs olunub, 7 nəfər isə silahlı müqavimət göstərdiyinə görə öldürülüb.

XS
SM
MD
LG