Accessibility links

Yüzədək ictimai-siyasi fəal, QHT rəhbəri, jurnalistlər Saleh Rüstəmli ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib


Saleh Rüstəmov

Ölkənin vətəndaş cəmiyyəti fəallarından ibarət böyük bir qrup beynəlxalq təşkilatlara müraciət edərək, uzun müddətdir aclıq edən siyasi məhbus Saleh Rüstəmlini dəstəkləməyə çağırıb.

"Biz, vətəndaş cəmiyyəti nümayəndələri, aclıq edən bir siyasi məhbusun həyatının təhlükədə olmasından, bu pis örnəyin işığında "siyasi məhbus" probleminin illərdir həll edilməməsindən, təməl hüquq və azadlıqların sistemli hala çevrilən pozuntularından ciddi narahatıq. Sizə müraciətimizin məqsədi Azərbaycan cəmiyyətinin üzləşdiyi ağır siyasi-hüquqi problemlər barədə bilgiləndirmək, böhranlı durumdan çıxmaqda mümkün yardımlarınızı əsirgəməmənizi rica etməkdir.”

Sənəddə qeyd edilir ki, səylərinə baxmayaraq, Azərbaycanda "siyasi məhbus" probleminin qurbanı olan 100-dən artıq insan həbsxanalarda qurama ittihamlarla cəza çəkir.

“Onlardan biri olan Xalq Cəbhəsi Partiyasının (AXCP) təəssübkeşi Saleh Rüstəmlinin həbsi, mühakimə olunması, azadlıqdan məhrum edilməsi böyük bir qanunsuzluq silsiləsi idi. Azərbaycan vətəndaşlığını saxlamaqla, həm də Rusiya vətəndaşı olan Saleh Rüstəmli 1998-ci ildən Rusiyada kiçik sahibkarlıqla məşğul olub. Siyasi motivlərlə həbs edilən AXCP üzvlərinin ailələrinə, digər siyasi məhbus yaxınlarına yardımlar edən, Rusiyadakı digər azərbaycanlıların yardımlarının da çatdırılmasına köməklik göstərən Saleh Rüstəmli 2018-ci ildə yaxınlarına baş çəkmək üçün Azərbaycana gəldiyində, Daxili İşlər Nazirliyinin (DİN) ən vahiməli reputasiyaya malik bir orqanı - Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb."

Sənəddə deyilir ki, Saleh Rüstəmli əvvəlcə Azərbaycan hökumətinin rəqiblərini susdurmaq, cəzalandırmaq üçün sıx istifadə etdiyi narkotik cinayətlərində ittiham olunub.

"İstintaq zamanı daha bir qurama cinayətdə - cinayətkar birlik təşkil edib, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda günahlandırılıb. Qanunsuzluqlarla müşayət olunan istintaqın gəldiyi nəticələri, məhkəmələr olduğu kimi təsdiqləyiblər. Rüstəmli qanunsuz və əsassız hökmlə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib, onun bütün ailə üzvlərinin qanuni əmlakları, doğulub böyüdüyü ata mülkü də müsadirə olunub. Qanunsuzluq, siyasi məzmunlu yanaşma yuxarı məhkəmələrdə də davam edib, hökm ləğv olunmayıb, yalnız Ali Məhkəmə onun cəzasını 2 ay azaldıb,” müraciətdə qeyd edilir.

Üzləşdiyi qanunsuzluqlara etiraz olaraq o, 33 gün əvvəl aclığa başlayıb.

Müraciətdə deyilir ki, Azərbaycan hökumətinin öz rəqiblərini sıradan çıxarmaq, ram etmək siyasətinin ən pis örnəklərindən olan Saleh Rüstəmli olayı, ölkənin demokratikləşməsini, firavan gələcəyini arzulayan bütün ictimaiyyətdə ciddi narahatıqla qarşılanır.

Müraciəti 100-ə yaxın fəal, jurnalist, hüquq müdafiəçisi, vəkil, ekspert və digər şəxslər imzalayıb.

Saleh Rüstəmli 2018-ci il mayın 8-də narkotik ittihamı ilə tutulub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb. Sonra, mayın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç funksioneri (Aqil Məhərrəmov, Babək Həsənov və Ruslan Nəsirov) tutulub. Bundan sonra ittihamların dəyişdiyi bəlli olub. Onların saxlanılması ilə bağlı yayılan rəsmi açıqlamaya görə, AXCP funksionerləri və Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda günahlandırılıblar.

AXCP ittihami təkzib edib və siyasi sifariş adlandırıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmli 7 il 3 ay, Aqil Məhərrəmov 4 il, Babək Həsənov isə 3 il azadlıqdan məhrum edilib. Vidadi Rüstəmli və Ruslan Nəsirova şərti cəza verilib. Onların heç biri məhkəmədə ittihamları qəbul etməyib. Babək Həsənov bu il martın 18-də əfv sərəncamı ilə azadlığa buraxılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın hökumət vebsaytları kiberhücuma məruz qalıb
please wait

No media source currently available

0:00 0:11:00 0:00
XS
SM
MD
LG