Accessibility links

Yüzlərlə uşaq hələ də ailələrinə qaytarılmayıb


Valideynlərindən ayrılan mühacir uşaqlar hələ də ABŞ-Meksika sərhədlərində saxlanılır.

ABŞ rəsmiləri və hüquqşünaslar bu gün yenidən Kaliforniyanın San Diyeqo məhkəməsində olub. Onlar 2551 uşağın ailəsinə verilməsinə dair hökm çıxaran hakim Dana Sarrouya prosesin gedişi barədə məlumat verməlidir.

Uşaqların valideynləri prezident Trampın “sıfır tolerantlıq” siyasətinə əsasən nəzarət altındadır.

Beynəlxalq tənqidlərdən sonra Tramp əsasən Qvatemala, Honduras və Salvadordan Amerikaya gələn ailələrin ayrılmamasına dair göstəriş imzalayıb.

Lakin prezidentin göstərişi hökumət rəsmilərini hazırlıqsız yaxalayıb. Hələ də 1187 uşaq ailəsizdir.

ABŞ rəsmiləri 463 azyaşlı uşağın valideynlərinin artıq Amerikada olmadığını bildirib. Bu isə onların uşaqlarsız deportasiya edildiyi deməkdir.

Hökumət 879 ailənin birləşdirildiyini qeyd edib. 538 valideyn hökumətin himayəsindədir. Onlar uşaqlarının geri qaytarılması prosesindədir.

Ümumilikdə 2551 uşağın 1634-ü ailələrinə qaytarılıb. 200 uşaq bu və ya digər səbəbdən hələ də hökumətin əlindədir. 260 iş prosesdədir. 460 valideynin ABŞ-ı tərk etdiyinə inanılır.

Valideynlərin 900-ü deportasiya ediləcək. Lakin hakim bütün variantlar nəzərdən keçirilənədək onların öılkədə qalmasına icazə verib

XS
SM
MD
LG