Accessibility links

ABŞ Yəmənin husi üsyançılarını hücumları dayandırmağa çağırıb


ABŞ Yəmənin husi üsyançılarını Yəməndə yeni hərbi hücumlardan çəkinməyə və Səudiyyə Ərəbistanındakı mülki vətəndaşların yaşadığı bölgələrə hücumları dayandırmağa çağırıb.

Dövlət Departamentinin sözçüsü Ned Prays bazar günü axşam verdiyi açıqlamasında ABŞ-ın husilərin davamlı hücumlarından dərin narahatlıq hissi keçirdiyini deyib.

"Biz husiləri sabitliyi pozan hərəkətlərdən çəkinməyə və BMT-nin xüsusi elçisi Qriffitslə birlikdə sülh səyləri ilə bağlı öhdəliklərin konstruktiv şəkildə məşğul olmağa çağırırıq. Bu qarşıdurmaya son qoymağın vaxtı gəlib" - deyə, Prays bildirib.

BMT-nin xüsusi elçisi Martin Qriffits İranda 2014-cü ilin sonlarında husilərin ölkənin paytaxtını ələ keçirməsi və Səudiyyə Ərəbistanının 2015-ci ilin əvvəlində Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətini müdafiə etmək üçün hərbi bir kampaniyaya başladığı münaqişənin siyasi həlli ilə bağlı iki günlük danışıqlara başlayıb.

BMT-nin Yəmən üzrə xüsusi elçisi Martin Qriffits
BMT-nin Yəmən üzrə xüsusi elçisi Martin Qriffits

ABŞ-ın husilərə hücumları dayandırmaqla bağlı çağırışı Bayden administrasiyasının insan haqları qruplarının Yəməndəki mülki bölgələrə hava hücumlarının tənqidinə məruz qoyduğu Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyaya dəstəyini dayandırma göstərişini verməsindən bir neçə gün sonra olub.

Prezident Bayden Yəmən münaqişəsini “humanitar və strateji fəlakət” adlandırıb.

Bayden eləcə də keçən həftə Konqresə keçmiş prezident Donald Trampın vəzifəsinin son günlərində xarici terror təşkilatları siyahısına saldığı husi qruplaşmasını həmin siyahıdan çıxarılması barədə göstəriş verib.

Humanitar təşkilatlar belə bir qərarın Yəmənə yardım səylərinə zərər verəcəyi barədə xəbərdarlıq etmişdi. BMT Yəməndəki vəziyyəti dünyanın ən böyük humanitar böhranı adlandırıb.

XS
SM
MD
LG