Accessibility links

Husilər Hudeyda limanını təslim etməyəcəyinə söz verib


BMT-nin hökumətlə sülh razılaşmasına nail olmasına baxmayaraq, üsyançı lider Husilərin heç bir zaman Yəmənin Hudeyda limanını təslim etməyəcəyinə söz verib.

Məhəmməd Əli əl-Husi Associated Press-ə xəbər verib ki, Səudiyyə hökümətinin dəstəklədiyi Yəmən höküməti limanı zorla və “fırıldaqla” ələ keçirə bilməz.

"Hudeydədə dislokasiya zamanı əldə olunan nəticə onların təqdim etdiyi mexanizmə əsasən əldə olunub. Lakin onların koalisiya ölkələri kimi təqdim etdiyi şəhərdən çıxış mümkün deyil” , Məhəmməd Əli əl-Husi deyib.

Əl-Husi üsyançılarla və Yəmən hökuməti arasında atəşkəs razılaşmasına istinad edərək, hər iki tərəfi hərbi qüvvələrini Hudeyda və digər iki kiçik limandan geri çəkməyə çağırıb.

Lakin şəhərə kimin tam nəzarət edəcəyi bəlli deyil. Tərəflər atəşkəs razılaşmasını pozaraq bir-birini ittiham edib və sürətlə qüvvələri geri çəkməyə başlayıb.

Yəmənə gələn bütün idxalın, vacib ərzaq, dərman və digər humanitar yardımın 70 faizindən çoxu Hudeyda limanından keçir.

İranın dəstəklədiyi Huti üsyançıları 2014-cü ildə paytaxt Səna şəhərini ələ keçirib və höküməti müvəqqəti olaraq Səudiyyə Ərəbistanına köçməyə məcbur edib.

Səudiyyə Ərəbistanının dəstəklədiyi koalisiya hökümətə dinc əhalinin yaşadığı ərazilərə hava hücumları da daxil olmaqla, Husilərlə mübarizə aparmağa kömək edib.

Müharibə Yəməndə olan humanitar yardım böhranının daha da kəskinləşməsinə səbəb olub. Ölkədə əhalinin 80 faizindən çoxu aclıq və səfalət içərisindədir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG