Yəmənin beynəlxalq ictimaiyyət tərəfindən tanınan və keçən yay separatçıların ölkəni tərk etməyə məcbur etdiyi hökuməti bazar ertəsi müharibə şəraitindəki vətəninə qayıdıb.
Ölkənin baş naziri Mein Əbdülmalik Səid cənub liman şəhəri Ədənə Səudiyyə Ərəbistanının Rəmənin cənubundakı separatçılarla aylardır davam edən döyüşləri dayandırıb, hakimiyyəti bölüşməklə bağlı razılıqdan sonra gedib.
"Hökumətin növbəti mərhələdəki prioritetləri - əvvəlcə Ədəndəki vəziyyəti normallaşdırmaq və sonra sabitliyin qarantı olaraq, dövlət təsisatlarını birləşdirməkdir" - deyə, Səid təyyarə yerə enəkən Associated Press agentliyinə bildirib.
O, hökumətin qayıdışını "vətəndaş xidmətlərinin yaxşılaşdırılması üçün əsas" kimi xarakterizə edib və hazırkı vəziyyətdə təhlükəsizlik problemlərinə xüsusi diqqət yetirilməli olduğunu deyib.
Prezident Abid Rəbbo Mənsur Hadi hökumətinin digər 5 əsas naziri ilə birlikdə vətənə dönən Səidi yerli rəsmilər və Səudiyyə qüvvələri hava bazasında qarşılayıb.
2017-ci ildə Hadi tərəfindən devrilmiş, Ədən əyalətinin keçmiş qubernatoru Aydaros Əl-Zubaidi Yəmənin cənubundakı 26 qəbilənin, hərbi və siyasi lideri birləşdirərək, ölkənin cənub bölgəsi üçün müstəqilliyinə nail olmaq məqsədilə Cənubi Keçid Şurasını yaratdı. O vaxtdan bəri Yəmən hökuməti və Cənubi Keçid Şurası qüvvələri arasında dəfələrlə şiddətli döyüşlər baş verib.