Accessibility links

Koalisiya qüvvələri Yəməndəki ticarət mərkəzinə hava hücumları edib


Media xəbərlərində bildirilib ki, Səudiyyə Ərəbistanınin başçılıq etdiyi koalisiya qüvvələrinin Yəmənin şimal bölgəsindəki bazara etdiyi hava zərbələri uşaqlar da daxil olmaqla, azı 10 nəfərin ölümünə, 20 nəfərdən çox insanın yaralanmasına səbəb olub.

Bazar ertəsi Saada vilayətindəki Əl-Təbet ticarət mərkəzinə edilən raket hücumları husilərin pilotsuz təyyarəsinin Səudiyyənin hava bazasına hücumuna cavab olaraq edilib.

Koalisiya qüvvələrinin sözçüsü husiləri onlara qarşı olan yəmənliləri "qəzəbləndirmək" üçün ticarət mərkəzinə hücum etməkdə günahlandırıb.

İranın dəstəklədiyi husilər koalisiya qüvvələrinin hava hücumlarına cavab olaraq Səudiyyə Ərəbistanının ərazisindəki hava limanlarına və hərbi məntəqələrə raket və dron hücumlarını artırıb.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri havadan hücumlar həyata keçirməklə husilərlə mübarizədə Yəmən hökumətinə yardım edir. 2014-cü ildə üsyançıların paytaxt Sənanı ələ keçirməsi prezident Əbdrabbuh Mənsur Hadi hökumətinin Səudiyyə Ərəbistanına sürgünə getməsi ilə nəticələnmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış.Trampın andiçmə mərasimi soyuq hava səbəbindən qapalı yerdə keçiriləcək
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG