Accessibility links

ABŞ Yəməndə husi üsyançılarını terror təşkilatı olaraq tanıyacaq


ABŞ dövlət katibi Mayk Pompe, Yəmənin husi üsyançılarını terror təşkilatı elan etməyi planlaşdırdığını deyib.

Bu addım Tramp administrasiyasının hakimiyyətinin son günlərində İrana təzyiqləri artırması fonunda Dövlət Departamentinin həyata keçirəcəyi mümkün addımlarından biri olacaq. Qərarın yanvarın 19-da qüvvəyə minəcəyi gözlənilir.

Bazar günü axşam verdiyi açıqlamada Pompeo deyib ki, bu addım "mülki əhalini, infrastrukturu və ticarət gəmiçiliyini təhdid edən sərhədlərarası hücumlar" kimi hərəkətlərinə görə İranın dəstəklədiyi husilər və qrupun üç liderinin məsuliyyət daşıması üçün atılır.

Pompeo məqsədin Yəməndə 2014-cü ilin sonlarında husilərin Yəmənin paytaxtını ələ keçirməsi ilə başlayan və 2015-ci ilin əvvəlində Səudiyyə Ərəbistanının başçılığı ilə üsyançıların sıxışdırılıb çıxarıldığı və beynəlxalq səviyyədə tanınmış hökumətinin yenidən bərpa edildiyi Yəməndə münaqişənin sona çatdırılmasından ibarət olduğunu deyib.

BMT-nin Humanitar Yardım bürosunun dekabr ayındakı hesabatında 131,000 ərzaq və səhiyyə xidmətləri çatışmazlığı kimi səbəblər də daxil olmaqla, ölkədə təxminən 233,000 insanın öldüyü bildirilir.

ABŞ-ın husilərlə bağlı bəyanatının verilməsindən əvvəl humanitar yardım qrupları belə bir addımın Yəmənin mülki vətəndaşlarına yardım səylərinin təhlükə altına alına biləcəyi ilə bağlı narahatlarını bildirıb.

"Amerika Birləşmiş Ştatları bu addımın Yəməndə humanitar vəziyyətə təsir göstərəcəyinə dair narahatlıqları anlayır. Biz Yəmənə daxil olan müəyyən humanitar yardımlara və idxala maneələri azaltmaq üçün tədbirlər görməyi planlaşdırırıq" - deyə, Pompeo bildirib.

Pompeo eləcə də İranı husilərə silah qaçaqmalçılığına son qoymağa və husilərin İran İnqilab Keşikçiləri Korpusu rəsmiləri ilə əlaqələrini kəsməsinə çağırıb.

XS
SM
MD
LG