Accessibility links

Yəmən husiləri Səudiyyə Ərəbistanını "təhlükəli eskalasiya"da günahlandırır


Koalisiya qüvvələrinin liman şəhərinin şimalındakı hədəflərə zərbələr endirməsindən sonra Yəmənin husi hərəkatı cümə günü Hudeyda ətrafında gərginliklərin artmasında Səudiyyə Ərəbistanını günahlandırıb.

Husi sözçüsü Məhəmməd Əbdül Salamın dediyinə görə, koalisiyanın etdiyi hücumlar Birləşmiş Ştatların vasitəçiliyi ilə əldə edilən Qırmızı Dəniz limanında atəşkəs razılığına ziddir.

Cümə günü Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Hudeyda şəhərinin şimalında "qanuni hərbi hədəflər" kimi xarakterizə edilən obyektlərə qarşı hərbi əməliyyatlara başlayıb.

Koalisiya qüvvələrinin sözçüsü bu hücumlar nəticəsində uzaqdan idarə olunan qayıqlar və dəniz minalarının saxlandığı dörd obyektin məhv edildiyini bildirib.

`Hudeyda şəhərində cəmləşmiş hücumlar İsveç razılaşmasını poza biləcək təhlükəli bir eskalasiyadır` deyə husilərin sözçüsü Twitter səhifəsində bildirib. `BMT üçün də bir sınaq olacaq bu hücumların məsuliyyətini koalisiya daşıyacaq.`

Keçən il İsveçdə Hudeydada atəşkəs və qoşunların çəkilməsi ilə bağlı razılıq əldə olunmuşdu. Lakin husilərin üç Qırmızı Dəniz limanından çıxmasının yubanması razılığın icrasını ləngitmişdi.

XS
SM
MD
LG