Accessibility links

Husilər və Səudiyyə Ərəbistanı 20-dən çox insanın ölümünə görə bir-birini günahlandırır


Husi üsyançıları və Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri uşaqlar da daxil olmaqla, son bir neçə gün ərzində Yəmənin şimalındakı kənddə gedən döyüşlər zamanı 20-dən çox insanın ölümündə bir-birini günahlandırır.

Müstəqil media ölümlərlə bağlı xəbəri təsdiq edə bilməyib.

İranın dəstəklədiyi üsyançılar Ər-Riyadın başçılıq etdiyi koalisiyanı günahlandırsa da, Səudiyyə Ərəbistanı televiziyasında bildirilib ki, üsyançılar sakinləri yerli qəbilə üzvlərinin onların hərəkatına qarşı çıxmasına mane olmağa çalışarkən öldürüb.

Arxiv fotosu - Hudeydə liman şəhərində məcburi köçkünlərə yardım çatdırılır, 25 sentyabr, 2018.
Arxiv fotosu - Hudeydə liman şəhərində məcburi köçkünlərə yardım çatdırılır, 25 sentyabr, 2018.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri havadan hücumlar həyata keçirməklə husilərlə mübarizədə Yəmən hökumətinə yardım edir. 2014-cü ildə üsyançıların paytaxt Sənanı ələ keçirməsi Yəmən hökumətinin sürgünə getməsi ilə nəticələnmişdi.

Keçən ilin dekabr ayında tərəflərin əsas liman şəhəri olan Hudeydədə atəşkəs razılığı əldə etməsinə baxmayaraq, husilər şəhərin şimal və qərb hissələrinin nəzarətini əlində saxlamaqda davam edir.

Hudeydə limanı dörd ildən çoxdur üsyançıların nəzarəti altında idi. Bu liman şəhəri Yəməndə aclıqlıqdan əziyyət çəkən vətəndaşların həddən artıq ehtiyac duyduğu ərzaq, dərman və digər yardımların çatdırıldığı əsas giriş nöqtəsidir.

Yəməndə münaqişə nəticəsində on minlərlə insan həyatını itirib. Ölkədə milyonlarla insan aclıq fəlakəti qarşısındadır. BMT ölkədəki vəziyyəti dünyada ən pis humanitar böhranlardan biri adlandırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG