Accessibility links

Yəmən rəsmiləri və Husi üsyançıları Hudeydədən çıxmaqla bağlı razılıq əldə edib


BMT rəsmiləri bazar günü elan edib ki, Yəmən rəsmiləri və Husi üsyançıları qüvvələrinin Hudeydə şəhərindən çıxarılmasının ilk mərhələsi ilə bağlı razılıq əldə edib.

İlk mərhələdə hər iki tərəfin qüvvələri Hudeydənin Salif və Ras İssa limanlarından çıxacaq.

Hudeydədən geri çəkilmək dekabr ayında İranın dəstəklədiyi Husi üsyançıları ilə Səudiyyənin dəstəklədiyi Yəmən qüvvələri arasında əldə olunan atəşkəsin bir hissəsidir.

Hudeydə limanı dörd ildən çoxdur üsyançıların nəzarəti altında idi. Liman Yəməndə ac və əziyyət çəkən vətəndaşların həddən artıq ehtiyac duyduğu ərzaq, dərman və digər yardımların əsas giriş nöqtəsidir.

Şəhərdəki döyüşlər və çıxılmaz vəziyyət səbəbilə humanitar yardım işçilərinin yardımı yük maşınlarından endirib, ehtiyacı olanlara çatdırmaları demək olar qeyri-mümkündür.

Səudiyyənin başçılıq etdiyi koalisiyanın üsyançılara qarşı hava hücumları nəticəsində minlərlə insan ölüb, bütöv məhəllələr məhv olub.

Husilər Yəmənin paytaxtı Sənanı 2014-cü ildə ələ keçirərək, hökümətin müvəqqəti olaraq Səudiyyə Ərəbistanında sığınacaq axtarmasına gətirib çıxarıb. Lakin hökümət daha sonra ölkəyə qayıdıb və Ədən şəhərində qərargahlanıb.

Bir çox ekspert Yəməndəki döyüşləri İranla Səudiyyə Ərəbistanı arasında vasitəçilik müharibəsi olaraq görür.

XS
SM
MD
LG