Accessibility links

Yəməndə məktəblilər münaqişə qurbanlarına çevrilib


BMT-nin Uşaq Fondunun hesabatında deyilir ki, keçən bazar günü hökuməti husilərin nəzarətində olan paytaxt Sənadakı iki məktəbin yaxınlığında baş verən partlayışlar 14 nəfərin ölümünə, 16 nəfərin yaralanmasına səbəb olub. UNICEF ölənlərin çoxunun 9 yaşdan az uşaqlar olduğunu bildirib.

Hücumla bağlı detallar məlum deyil və araşdırmalar aparılmalıdır. UNICEF partlayışın uşaqlar tənəffüsə çıxmazdan əvvəl, sinif otarlarında olarkən həyata keçirildiyini bildirib. Şahidlərin dediyinə görə, partlayış zamanı sınan pəncərələrin şüşələri sinif otaqlarına tökülüb.

UNICEF yaralanan uşaqların çoxunun ağır vəziyyhətdə olduğu və həyatları uğrunda mübarizə aparıldığını bildirib. Təşkilat ölənlərin sayının daha çox olduğunu düşünür. Təşkilatın sözçüsü Kristof Bulyerakın bu kimi hücumların hətta Yəmən məktəblərinin təhlükəsiz olmadığını göstərdiyini deyir.

“Hər beş məktəbdən birindən münaqişənin birbaşa nəticəsi olaraq istifadə edilə bilməz. Bəziləri birbaşa hücum altında qalıb, digərlərindən isə hərbi məqsədlər üçün istifadə edilib. Bu gün Yəməndə 2 milyondan çox uşaq üçün məktəbə getmək uzaq bir xəyaldır."

UNICEF bu son hücumun daha çox valideynin uşaqlarını məktəbə göndərməmələrinə səbəb ola biləcəyini deyir.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri dörd il əvvəl hökuməti dəstəkləmək məqsədilə üsyançı husi qrupunun hədəflərini bombalamağa başlayıb. Birləşmiş Millətlər Təşkilatının bildirdiyinə görə, o vaxtdan bəri əsasən hava hücumları nəticəsində Yəməndə 2 min 670-dən çox uşaq öldürülüb.

Ən dəhşətli hücum keçən ilin avqust ayında ölkənin şimalında, ysyançıların nəzarətindəki Saada şəhərində uşaqların və valideynlərin olduğu avtobusa edilən hücum idi. O zaman Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin hava hücumları zamanı azı 40 uşaq ölmüşdü.

Kristof Bulyerak UNICEF-in Sənadakı hücumlar zamanı zərər çəkən uşaqlara və ailələrə yardım etdiyini deyir. Onun dediyinə görə, agentlik həm psixoloji dəstək verir, həm də müalicə və cərahiyyə əməliyyatlarının ödənişlərini boynuna götürüb.

XS
SM
MD
LG