Accessibility links

Yəməndə daş dövrünə aid insan qalıqları tapılıb


Yəmən paytaxtı Sənanın civarındakı mağaralarda qədim insan qalıqları tapılıb. Ancaq 3000 ildən çox yaşı olan sümüklərin xəzinə axtaran qarətçilər tərəfindən zədələndiyi deyilir.

Şamlan dağ silsilələrinin içərisində arxeoloqlar tapılmış çənə sümükləri, bud sümükləri və digər qalıqların mumiyalanmış iki cəsədə aid olduğunu bildiriblər.

Mumiyalar qızıl axtaran qarətçilər tərəfindən çıxarılıb.

Sümüklər dağ silsiləsindəki bir mağarada qazılmış çuxurda tapılıb.

Husi tərəfdarı olan mədəniyyət naziri Abdullah Əl Kibsinin sözlərinə görə, qalıqlar daş dövrünün sonunda ərazidə məskunlaşmış sakinlərə aiddir. O həmçinin əlavə edib ki, mumiyalar qızıl axtaran qarətçilər tərəfindən çıxarılıb.

Qalıqların ərazidəki digər potensial kəşflərdən birincisi olduğu güman edilir.

Səna şəhəri 2500 il əvvəl qurulub. Onun mərkəzi vaxtilə tacirlərlə dolu olub və sakit dövrlərdə turistləri özünə cəlb edib.

Müasir döyüşlər vacib mədəniyyət xəzinələrini viran qoyur. Hava zərbələri Sənanın köhnə məhəllələrini, orta əsrlərə aid məscidləri və Osmanlı qalasını yerlə yeksan edib.

Əl-Qaidə yaraqlıları Sufi türbələrini partladıb və Husi əlində olan ərazilərdəki silahlı hücumlar e.ə.1000-ci ildən bəri yaşayan yəmənli yəhudi icmasının üzvlərini buradan köçməyə vadar edib.

Yəmən ərəb sivilizasiyasının beşiyi adlanır, lakin illərdir davam edən müharibə onun qədim irsinə öz təsirini göstərib.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiya Husi qüvvələrini paytaxtdan vurub çıxarmaq üçün minlərlə hava hücumu həyata keçirib. Münaqişə ən azı 10 min insanın ölümünə və humanitar böhrana səbəb olub.

XS
SM
MD
LG