Accessibility links

Yəməndə daha bir epidemiya dalğası


Ümumdünya Səhiyyə Təşkilatı Yəməndə daha bir vəba epidemiayasının yayıldığı barədə xəbərdarlıq yayıb və bu epidemiyanın müharibədən sasılmış ölkədə aclıq olduğu üşün daha ülümcül olacağını bildirib.

Son illlər Yəməndə epidemiyanın iki dalğası müşahidə edilib.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir ki, son həftələr ərzində əhalinin sıx yerləşdiyi bölgələrdə yoluxma halları artıb.

Peter Salama
Peter Salama

​Təşkilatın rəhbəri Peter Salama Amerikanın Səsinə bildirib ki, son epidemiya əhalinin ciddi zəifləməsi səbəbindən daha təhlükəlidir.

Hökumət qüvvələri ilə rəqib döyüşçülər arasında döyüşlər səngimək bilmir.

BMT avqustun 4-dən 6-dək 3 günlük sükunətə sağırıb. Qurum bu günlər ərzində kütləvi vaksinasiya planlaşdırır.

Salamanın dediyinə görə, 3 min tibb işçisi Yəmənin şimalında səfərbər edilib. Onlar 500 min 1 yaşından yuxarı insanları ağız yolu ilə vaksinlərlə təmin etməlidir.

Ötən il Yəməndə 1 milyon insan vəbaya yoluxmuşdu. Bu isə bəşəriyyət tarixində ən yüksək göstəricidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın hökumət vebsaytları kiberhücuma məruz qalıb
please wait

No media source currently available

0:00 0:11:00 0:00
XS
SM
MD
LG