Accessibility links

Yəməndə hərbi parada hücum, 6 nəfər həlak olub


Yəməndə şiə döyüşçülər hərbi parad zamanı bombaatan dronla hücuma keçib. Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri və onun müttəfiqlərinin Aden liman şəhərində keçdiyi parad zamanı hücum 6 nəfərin ölümünə səbəb olub. Hücum BMT-nin vasitəçiliyi ilə müharibəyə son qoyulması səylərinə təhlkükə hesab edilir.

Bir zamanlar ABŞ-ın xüsusi təyinatlı qüvvələrinin istifadə etdiyi Əl-Ənad hava bazasında yüksək rütbəli ordu rəsmiləri hədəf alınıb.

Hücum İranın husi üsyançılarını dron və ballistik raket texnologiyası ilə təmin etdiyinə dair yeni suallar doğurur. BMT ekspertlərinin İran İslam Respublikasının husiləri silahla təmin etdiyinə dair araşdırmalarına baxmayaraq, Tehran iddiaları rədd edir.

Hücum zamanı iki hərbi rəsminin yaralandığı bildirilir. Yəmən rəsmiləri yaralananlar arasında kəşfiyyat xitmətinin rəhbəri Məhəmməd Saleh Tamahın və ordu komandiri Məhəmməd Cavas, habelə Lahac qubernatoru Əhməd Əl-Turkinin də olduğunu bildirib.

Dron hücumunun məsuliyyətini husilər üzərinə götürüb.

Parad 8 min hərbi qulluqçu və qubernatorların iştirakı ilə keçirilib.

Husi döyüşçüləri ilə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin hava hücumları ilə yardım etdiyi Yəmən ordusu arasındakı döyüşlər 2014-cü ildən bəri davam edir.

Münaqişə çoxu mülki əhali olmaqla, 10 mindən çox insanın ölümünə səbəb olub.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG