Accessibility links

Yəməndə hərbi parada hücum: 9 ölü


Yəmənin cənubunda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dəstəklədiyi separatçı qrup üçün keçirilən hərbi parada balistik raket hücumu nəticəsində azı altı hərbçi və üç uşaq öldürülüb. Bu barədə bazar günü sözçü bildirib.

Qrupun sözçüsü Maged Əl-Şoebi Associated Press-ə bildirib ki, partlayış Müqavimət Qüvvələri kimi tanınan separatçıların Deyl vilayətinin paytaxtında bir futbol sahəsində qrupa yeni cəlb olunan separatçılar üçün keçirdiyi paradın sonuna doğru baş verib.

Cənubdakı separatçılar Yəmənin husi üsyançılarına qarşı döyüşən Səudiyyənin başçılıq etdiyi koalisiya ilə müttəfiqdirlər. Lakin BƏƏ-nin dəstəklədiyi cənublular hazırda Yəmənin beynəlxalq ictimaiyyət tərəfindən tanınan və daha çox Səudiyyə Ərəbistanı ilə müttəfiq olan höküməti ilə qarşıdurma yaşayır. Son bir neçə ayda husilərin əleyhinə olan blokda çatlaqlar baş verib.

Əl-Şoebi bildirib ki, partlayış nəticəsində mülki şəxslər daxil olmaqla 20-dən çox insan öldürülüb. Üsyançı qrup dərhal şərh verməyib.

Yəməndə raket hücumu
Yəməndə raket hücumu

Husilər illərdir Deyl vilayətinin cənubdakı separatçılardan almağa çalışır, amma heç bir irəliləyiş əldə etməyib.

Yəməndə münaqişə Husi üsyançılarının 2014-cü ildə Sənanı ələ keçirməsi ilə başlayıb. Onlar prezident Abed Rəbbu Mənsur Hadı hökümətinin cənuba və daha sonra Səudiyyə Ərəbistanına qaçmasına səbəb olub. Səudiyyə Ərəbistanı da 2015-ci ildə Yəməndə müharibəyə qoşulub.

Ərəb dünyasının ən yoxsul ölkəsində döyüşlər 100 mindən çox insan ölümü, milyonlarla insanın isə qida və dərman çatışmazlığı yaşamasına gətirib çıxarıb. Müqanişə həmçinin ölkədə aclığa səbəb olub.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG