Accessibility links

Yəməndə hava zərbələri nəticəsində 100-dən çox adamın öldüyü bildirilir


Beynəlxalq Qırmızı Xaç Komitəsi bildirib ki, İran tərəfindən dəstəklənən Husi üsyançılarına qarşı mübarizə aparan Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiyanın Yəmənin cənub-qərbində saxlanma mərkəzinə endirdiyi hava zərbələri nəticəsində 100-dən çox insanın öldüyü təxmin edilir.

Qırmızı Xaç Komitəsinin rəsmiləri xilasetmə işçilərinin dağıntılar altında sağ qalan insanların axtarışını davam etdirdiyini bildirib.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Dhamarda dronlar və raketlərin saxlandığı obyektə zərbə endirildiyini və “mülki vətəndaşların müdafiəsi üçün bütün tədbirlərin görüldüyünü” bildirib.

Huti üsyançılarının sözçüsü Associated Press agentliyinə deyib ki, mərkəzdə hökumət ordusunun ələ keçirilmiş 170 döyüşçüsü saxlanılırdı.

Lakin yerli sakinlər Associated Press agentliyinə mərkəzdə Husi üsyançılarını tənqid edən şəxslərin ailə üzvlərinin saxlandığını bildiriblər.

Husi üsyançıları və Yəmən hökumətinə kömək edən Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya arasında beş ildən artıqdır davam edən döyüşlər minlərlə mülki vətəndaşın ölümünə səbəb olub. Münaqişə mülki vətəndaşların ciddi ərzaq çatışmazlığı ilə qarşılaşması və tibbi xidmətlərdən məhrum olması ilə nəticələnib.

XS
SM
MD
LG