Accessibility links

Yəməndə kommersiya məqsədli ərzaq idxalının azalması milyonlarla insanın ac qalmasına gətirib çıxaracaq


Hudeydə limanı

Dünya Ərzaq Proqramı xəbərdarlıq edir ki, Yəməndə ölkəyə kommersiya məqsədli idxal olunan ərzaqlardan asılı milyonlarla insan Hudeydə limanı yaxınlığında gedən döyüş səbəbilə ac qalacaq.

Yəmənin ən mühüm Hudeydə liman şəhəri yaxınlığında döyüşlər noyabr ayının ortalarından bəri intensivləşib. Orada Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Husi üsyançılarına qarşı hava hücumları həyata keçirib. Bu dəhşətli döyüş limandakı əməliyyatların yarısının dayandırılması səbəb olub, çünki yük daşıma şirkətləri özlərini riskə atmaqdan çəkinir.

Yəmən
Yəmən

Ölkəyə ərzaq və digər mühüm məhsulların 70 faizi Hudeydə limanından gətirilir. Dünya Ərzaq Proqramı xəbərdarlıq edir ki, ölkə boyu milyonlarla insan ailələrini qidalandırmaq üçün kommersiya məqsədli idxal olunan ərzaqlardan asılıdır.

Təşkilatın sözçüsü Herve Verhusel deyir ki, təxminən 20 milyon insan onun təşkilatı kimi beynəlxalq təşkilatlardan ərzaq yardımı almır. Onun sözlərinə görə, onlar ərzaqları bazardan alır və kommersiya gəmilərinin limana gəlməsindən asılıdır.

Ərzaqlar artıq çox bahalıdır, çünki kifayət qədər ərzaq yoxdur və əgər daha az gəmi gəlsə, qiymətlər artacaq.
Herve Verhusel

“Əgər vəziyyət belə davam etsə və ya daha da pisləşsə, bazardakı ərzaqların təchiz və qiymətlərinə kəskin təsiri olacaq və Yəməndəki ailələrin təməl ehtiyaclarını qarşılamalarını çətinləşdirəcək”, Verhusel deyir. “Ərzaqlar artıq çox bahalıdır, çünki kifayət qədər ərzaq yoxdur və əgər daha az gəmi gəlsə, qiymətlər artacaq”.

Verhusel deyir ki, Yəməndə iki ay yarım müddətinə kifayət edəcək kommersiya üçün nəzərdə tutulmuş ərzaq təchizatı var.

O qeyd edir ki, Hudeydə limanı humanitar, habelə kommersiya məqsədli çatdırmalar üçün çox mühümdür. O deyir ki, limanda əməliyyatların dayandırılması beynəlxalq təşkilatların aclığın qarşısını almaq səylərinə maneə törədər.

BMT Yəmədəki vəziyyəti dünyanın ən pis humanitar böhranı adlandırır və xəbərdarlıq edir ki, üç ildən çoxdur davam edən müharibə 14 milyon insanı aclığın eşiyinə gətirib çıxarıb.

Dünya Ərzaq Proqramı hər ay səkkiz milyon insanı ərzaqla təmin edir. Verhusel deyir ki, Dünya Ərzaq Proqramı ölkədə nöbbəti ay üçün kifayət edəcək ərzaq var. Onun sözlərinə görə, təşkilat Yəmənə ərzaq çatdırılmasının fasiləsiz davam etməsini təmin etmək üçün Ədən və Omandakı Səlala limanı vasitəsilə ərzaq idxal edir.

XS
SM
MD
LG