Accessibility links

Yəməndə maşın bombasının partlaması nəticəsində dörd nədər ölüb


Bazar günü Yəmənin liman şəhəri Ədəndə iki yüksək səviyyəli rəsmini hədəf alan maşın bombasının partlaması nəticəsində dörd nəfər öldürülüb. Təhlükəsizlik rəsmiləri hökumət rəsmilərinin sağ qaldığını bildirib.

Rəsmilərin dediyinə görə, partlayışda kənd təsərrüfatı naziri Səlim əl-Sokotrai və Ədənin qubernatoru Əhməd Lamlas hədəf alınıb.

Partlayışda Lamlasın yoldaşları arasında azı dörd nəfərin ölümü və yoldan keçən azı beş nəfərin yaralanması ilə nəticələnib. Yaralılar müalicə olunmaq üçün xəstəxanaya yerləşdirilib.

Hücum nəticəsində ərazidəki bir neçə binaya zərər dəyib. Mediaya məlumat vermək səlahiyyəti olmadığına görə adının açıqlanmasını istəməyən rəsmilər təhlükəsizlik qüvvələrinin ərazini bağladıqlarını bildirib.

Baş nazir Main Əbdülmalik Səid partlayışı “terror hücumu” adlandırıb və istintaqın aparılmasına çağırıb.

Partlayışın məsuliyyətini üzərində almayıb.

Ədəndə son bir neçə ildə bir neçə partlayış baş verib və onlara görə, Əl-Qaidə və İslam Dövlət qruplarının yerli qolları günahlandırılıb.

Ədən İranın dəstəklədiyi Husi üsyançıları paytaxt Sənanı ələ kəçirib, Yəməndə vətəndaş müharibəsinə səbəb olandan bəri beynəlxalq ictimaiyyətin tanıdığı Prezident Əbül Rəbbuh Mənsur Hadi hökumətinin yerləşdiyi şəhərdir.

Prezident ilk Ədənə, daha sonra isə Səudiyyə Ərəbistanına qaçıb. Səudiyyə Ərəbistanı isə növbəti ilə Hadinin hakimiyyətini bərpa etmək üçün hərbi koalisiyaya başçılıq etdi və onun beynəlxalq ictiamiyyət tərəfindən tanınan hökumətini dəstəklədi.

XS
SM
MD
LG