Accessibility links

Yəmənin hökumət qüvvələri strateji cənub şəhərini tutdular


Yəmənin beynəlxalq səviyyədə tanınan hökumətinə sadiq qüvvələr separatçılarla döyüşlərdən sonra bir gecə ərzində əsas cənub şəhərinə tam nəzarəti ələ alıb.

Bu barədə mediaya məlumat verilməsi qadağan olunduğu üçün təhlükəsizlik qüvvələrinin əməkdaşları neftlə zəngin Şabva vilayətinin paytaxtı Ətq uğrunda cümə axşamı gecə saatlarında başlayan döyüşlərın cümə günü səhərə qədər davam etdiyini anonim olmaq şərti ilə verib.

Ətq şəhəri bundan əvvəl Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən prezident Abid Rəbbo Mənsur Hadi hökumətinin qüvvələri ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) təlimlər keçirdiyi və silahlandırdığı separatçı döyüşçülər arasında iki yerə bölünmüşdü.

Hadi hökumətinin qüvvələri ilə Birləşmiş Ərəb Əmirliklərinin dəstəyi ilə həmçinin şiə husilərə qarşı mübarizə apardıqlarını deyən separatçılar arasında döyüşlər bu ayın əvvəlindən baş qaldırıb. Yaranan münaqişə Səudiyyə Ərəbistanı ilə müttəfiqi BƏƏ arasında gərginlikləri artırıb.

Öncəki ildə Husilər paytaxt Sənanı və Yəmənin şimal bölgələrinə nəzarəti ələ keçiribər.

`Cənub Keçid Şurası` adlanan separatçı təşkilatın döyüşçüləri indiyə qədər Aden şəhəri və yaxınlıqdakı Abyan əyaləti də daxil olmaqla, strateji cənub bölgələrini ələ keçirıb.

Hökümət qüvvələri ilə separatçılar arasında barışıq barədə müzakirələr aparmaq üçün Səudiyyə Ərəbistanı və Əmirətdən bir qrup ötən həftə Yəmənin cənubuna səfər etsə də, hələlik heç bir irəliləyiş olmayıb.

XS
SM
MD
LG