Accessibility links

Yəmənin Hudeydə şəhərində döyüşlər gedir


Yəmənin əsas liman şəhəri Hudeydənin küçələrində İranın dəstəklədiyi husi döyüşçüləri ilə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri arasında döyüşlər gedir.

Yəmən tərəfdarı hərbi qüvvələrin rəsmisinin dediyinə görə, ordu ərzaq, dərman və dinc əhali üçün lazım olan digər ləvazimatın gəldiyi liman şəhərini üsyançılardan təmizləməyə çalışır.

Humanitar yardım işçiləri bu kimi halların onsuz da vəziyyətin kritik olduğu Yəməndə kütləvi aclığa səbəb olacağından narahatdır.

Səudiyyə Ərəbistanı husiləri liman şəhərindən İrandan silah almaq üçün istifadə etməkdə günahlandırır, İran isə bu ittihamı rədd edir.

Küçə döyüşləri zamanı 7 mülki vətəndaşın öldüyü bildirilir.

Husilər 2014-cü ildə paytaxt Səna şəhərini ələ keçirdikdən sonra Yəmən hökumətini müvəqqəti olaraq Səudiyyə Ərəbistanına köçməyə məcbur edib. Daha sonra isə Yəmən hökuməti Ədəndə fəaliyyət göstərməyə başlayıb.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin üsyançıları hədəf alan hava hücumları zamanı xəstəxanalar da daxil olmaqla, bütün yaşayış məntəqələrini dağılıb.

Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo və müdafiə naziri Cim Mattis bu ayın sonuna atəşkəsə çağırıb.

Birləşmiş Millətlər Təşkilatı bu ilin sonunadək Yəməndə sülh danışıqlarının baş tutacağına ümid edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG