Accessibility links

Yəmənin qərb sahilində döyüş nəticəsində 28 nəfər ölüb


Yəməndə hökümət tərəfdarı qüvvələri və şiə üsyançılar arasında ağır döyüş nəticəsində hər iki tərəfdən azı 28 nəfər öldürülüb. Bu barədə şənbə günü təhlükəsizlik və səhiyyə rəsmiləri məlumat verib.

Husi adı ilə tanınan üsyançılara qarşı mübarizə aparan hökümət qüvvələri son aylarda Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya hava hücumlarının dəstəyi ilə ölkənin qərb sahilində irəliləyişlər əldə edib.

Rəsmilərin verdiyi məlumata görə, üsyançılar cümə günü hökümətin nəzarət etdiyi Əl-Fəza şəhərinə səkkiz saat davam edən hücum zamanı 18 hökümət tərəfdarı əsgəri öldürüb, 30-nu isə yaralayıb.

Hökümət qüvvələri hücumun qarşısını almağa nail olub. Onlar azı 10 üsyançı döyüşçünü öldürüb. Rəsmilərin sözlərinə görə, Qərb sahilinin başqa hissələrində isə artıq dördüncü gündür döyüşlər davam edir.

Hökümət qüvvələri Qırmızı Dəniz sahilində yerləşən müharibəyə qərq oluna ölkəyə yardımın daxil olduğu yeganə liman olan Hodeida şəhərinə hücum planlaşdırılar. Onlar yaxınlıqdakı onlarla kənd və şəhərdən üsyançıları qovub.

Yəmən əhalisinin əksəriyyəti ərzaq və dərmanı Hodeida limanı vasitəsilə əldə edir. Çərşənbə axşamı Birləşmiş Millətlər Təşkilatı Hodeidadakı vəziyyət ilə bağlı “ciddi narahatlığını” ifadə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken Avropa müttəfiqləri ilə danışıqlar üçün Almaniyadadır
please wait

No media source currently available

0:00 0:14:30 0:00
XS
SM
MD
LG