Accessibility links

Yaşıl Kartla Amerikaya gələnlər çətinliklərlə üzləşir


Yaşıl Kartla Amerikaya gələnlər çətinliklərlə üzləşir
please wait

No media source currently available

0:00 0:02:35 0:00

The Diversity Visa (Yaşıl Kart vizası) proqramına əsasən potensial mühacirlər işverən və ya ailə üzvlərinin sponsorluğu olmadan ABŞ-da qanuni yaşamaq və işləmək imkanı əldə edə bilər. Bu proqram COVİD-19 pandemiyası səbəbi ilə Tramp tərəfindən müvəqqəti dayandırılıb. Lakin ötən ilin sonlarında viza alanlar üçün Amerika xüsusilə əlçatmaz görünür.

The Diversity Visa, eləcə də Yaşıl kart vizası kimi tanınan vizanı aldıqdan sonra Erik Alamsya 2019-cu ilin sonunda həyat yoldaşı Sari və iki uşağı ilə birlikdə İndoneziyadan ABŞ-a gəlib. O, İndoneziyanın paytaxtı Cakartada 8 il İT (İnformasiya texnologiyası) sektorunda çalışıb. Geniş təçrübəsi olsa da, o, hələ istədiyi işi tapa bilmir. "Göndərdiyim bütün müraciətlərdən - istər pərakəndə, istər IT sahəsindəki işlərdən, yalnız apteklər, ərzaq mağazaları və ev abadlaşdırma mağazaları kimi şlərdən zənglər alıram. Bəlkə axtardığım İT işini tapmaq üçün axtarışı dayandırmalıyam" - deyə, o bildirir.

Hələlik Alamsja Merilend ştatındakı Home Depot mağazasında işləyir. Bu mağaza pandemiya dövründə də fəaliyyət göstərən müəssisələrdən biridir.

İndineziyadan olan Vinia Aqnessa da Yaşıl Kart udub. 2019-cu ilin sonunda Sumatra adasındakı Padanqa universitetinin stomotologiya fakültəsinin sonuncu kursunu yarımçıq qoyaraq, Nyu-York şəhərinə köçüb.

Ali təhsil və iş təcrübəsi olmayan Aqnessa tam ştat iş tapmaqda çətinlik çəkir. O, yapon restoranında restoran bağlananandək yarım-ştat çalışıb. İndi o, virusun episentri olan ABŞ-da dünyanın ən bahalı şəhərlərindən birində işsizlər sırasındadır. Vinia Aqnessa: "Valideynlərim mənim üçün yalnız koronavirus səbəbiylə deyil, maddi cəhətdən də narahatdırlar. İşsiz olduğum üçün onlar necə dolnacağımdan narahatdırlar. Mən isə onlara "Narahat olmayın. Mən burada qanuni yaşayıram və dövlətdən yardımı almaq haqqım var" dedim."

Aqnessa 1200 dollarlıq stimullaşdırma şeki və həfətlik 600 dollarlıq işsizlik müavinəti hesabına dolanır. Bu isə iş sorağında olan bu qadına icarə, ərzaq və nəqliyyata kifayət edir.

Amerikada qeyri-müəyyənliklər içərisində yeni bir həyat yaşayan Alamsya ailəsi nikbin qalmağa çalışır. Sari Alamsya: "Buraya uşaqlarımız üçün, onların təhsili üçün gəldik. Artıq qərarımızı vermişik, buna görə də bütün çətinliklərdən keçməliyik. Hər şeyin düzələcəyinə ümid edirəm."

Alamsya ailəsi və Aqnessa hər il Yaşıl Kart udaraq ABŞ-a gələn təxminən 55 min insandan biridir və onların çoxu indi yalnız vəziyyətdən çıxmağa çalışır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG