Filadelfiya şəhərində aparılmış son araşdırmaya görə, şəhərin çirkli məhəllələrində kiçik yaşıl ərazilərin salınması böyük dəyişikliklərə yol aça bilər. Boş ərazilərda parkların salınması cinayətlərin sayının və xüsusilə aşağı gəlirli insanlar arasında depressiya hallarının azalmasına səbəb olub.
Filadelfiya şəhərinin məhəllələrində təxminən 40 min boş yer var. Pensilvaniya Bağçılıq Cəmiyyətinin nümayəndəsi Keyt Qrin deyir ki, onların hər biri böyük və kiçik cinayət üçün maqnitə çevrilə bilər.
"Bunun mövcudluğu öz-özlüyündə zibilliyin yaranmasının səbəblərindən biridir. Bu, həqiqətən uşaqlar üçün çox təhlükəlidir. Çünki bura açıq bir yerdir və istənilən adam burada gizlənə bilər. Burada narkotik gizlətmək olar.", deyə Keyt Qrin deyir.
Təcili yardım həkimi Cina South deyir ki, o, Pensilvaniya Universitetində işlədiyi zaman narkotiklərdən istifadə edildiyi və cinayətlərin törədildiyi bu cür məhəllələrdən olan insanları müalicə edib.
"Biz fiziki xəsarət alan bir çox atışma qurbanını müalicə etmişik, lakin onların nə üçün bu atışmaların qurbanına çevrildiyi barədə fikirləşməmişik.", deyə Cina South deyir.
Cinanın araşdırması bu çirkli rayonlarda mövcud mühitin insanların psixi durumuna təsir göstərdiyi meydana çıxarıb.
((GINA SOUTH, UNIVERSITY OF PENNSYLVANIA))
Cina South deyir ki, onlar özlərini üzərinə damğa vurulmuş və laqeyd münasibət göstərilən insanlar kimi hiss edib və depressiya, narahatlıq və qorxu kimi mənfi hisslər yaşayıblar.
Cina ətraf mühit dəyişməsinin onlara hansı təsiri ola biləcəyi ilə maraqlanıb və Keyt Qrinin Philadelphia LandCare proqramı ilə tanış olub.
Keyt Qrin ayda iki dəfə əraziləri zibil və alaq otlardan təmizlənməsi, ağac və ot əkilməsi və insanların hasarlarını açıb qonşularla yaxınlaşmasın imkan yaradılması üçün yerli yaşıllaşdırma işçiləri ilə çalışır.
"Biz insanların əvvəllər zibillik olan ərazilərin təmizləndiyini və yaşıllaşdırıldığını görəndə necə həyəcanlı olduqlarının şahidi olduq.", deyə Cina South deyir.
Onun qrupu təmizlənmiş və yaşıllaşdırılmış ərazilərdə yaşayan insanlar arasında depressiya hallarının 40 faiz azaldığını müşahidə edib. Həmin ərazilərdə cinayətlərin sayı da 10 faiz azalıb.
Cina South deyir, onların nəticələri, əslində, şəhərin ən yoxsul rayonlarında daha yaxşı idi və belə layihələrin bu cür məhəllələrdə daha böyük təsirləri ola biləcəyini göstərir.
Uzun zamandır burada yaşayan Şeyla Parker dəyişikliklərin insanların mental sağlamlığına böyük təsirinin olduğunu deyir.
Leyla Parker deyir ki, insanlar qapıdan çölə çıxanda yalnız zibil və çör-çöp görürdülər. Bu, insana çox təsir edir. Bu təmizlik işlərinin ona çox xeyri olub.
Keyt Qrin onun proqramının məhəllələri necə dəyişdiyini gördü. O deyir ki, insanlar bir zamanlar zibillik olan parklar, bağlar və barbekü yerlərindən indi istifadə edə bilir.
"Mən bunları gördüm. RəqəmIərə baxanda və silahlı basqınların aşağı düşdüyünü və insanların Filadelfiyanın müəyyən yerlərində idman etdiyini görəndə çox şad oluram.”, deyə Keyt Qrin deyir.
Keyt Qrin deyir ki, o, ölkənin və dünyanın müxtəlif yerlərindən kiçik yaşıl ərazinin icmanı necə dəyişdirə bildiyi haqda məlumat almaq üçün çox sayda zənglər alır.