Accessibility links

Yaşar Əsədi: İran Azərbaycanında müəllimlərin durumu ağırdır


Yaşar Əsədi: İran Azərbaycanında müəllimlərin durumu ağırdır
please wait

No media source currently available

0:00 0:11:41 0:00

Son həftələr İran Azərbaycanında müəllimlər və başqa peşə sahiblərinin tətil aksiyalarının davam etdirildiyi haqda məlumatlar verilir. Tətil aksiyalarının iştirakçıları İranda ağır iqtisadi duruma etiraz edirlər. Milli fəallar tətil keçirən müəllimlər və başqa işçilərə dəstək verir. Güneyli fəal, məktəb müəllimi kimi çalışmış Yaşar Əsədi Amerikanın Səsinin Amerika icmalı proqramında müəllimlərin tətili, İran Azərbaycanında iqtisadi durum və ana dilində təhsil haqda danışıb.

Yaşar Əsədi tətil aksiyalarının iştirakçılarının əsas tələblərini qeyd edərək, ABŞ-ın İranla nüvə sazişindən çıxmasından sonra Tehrana qarşı sanksiyaların qüvvəyə minməsi ilə əlaqədar ölkədə iqtisadi durumun ağırlaşdığını bildirib.

Orada olduğum zamanlarda müəllim var idi 8 ay maaş almırdı.

“Bundan sonra İranda iqtisadi durum çox zəiflədi. Müxtəlif tətillərə getdilər. Tır şoferlərindən tutmuş, başqa işçilər və son zamanlarda da müəllimərin tətilə getməsinin əsas səbəbi iqtisadi durumla əlaqədar idi. İkincisi, maaşların az olması, üçüncü sığorta məsələsi və həmkarlarına və əməkdaşlarına olan təzyiqlər idi.”

Yaşar Əsədi müəllimlərin əsas tələblərinin sığortanın təmin edilməsi və maaşların artırılması ilə bağlı olduğunu qeyd edib. O, İran məktəblərində müəllimlərin maaşlarının aşağı olduğunu, maaşlarının bəzən gecikdirildiyini deyib. Özü də məktəbdə müəllim olmuş Yaşar Əsədinin sözlərinə görə, müəllimlərinin durumu hazırkı iqtisadi şəraitdə daha da ağırdır.

“Orada olduğum zamanlarda müəllim var idi 8 ay maaş almırdı.”

Yaşar Əsədi deyib ki, məktəblərdə ana dilində təhsilə icazə verilməməsi uşaqlarda artıq məktəbin ilk illərində psixoloji travmaların yaranmasına gətirib çıxarır.

“Məktəblilər mənəvi baxımdan əziyyət çəkir. Məktəbə gəldikdə sanki özgə bir mühitə düşürlər. Biz çox şagirdlər görürdük ki, məktəblərə ilk gün gəldikdə hətta ağlayırdı. Bir həftə, 10 gün bunlar çox əziyyət çəkirdi. Bizim olduğumuz Ərdəbil vilayətində və digər Azərbaycan şəhərlərində az da olsa, Güney Azərbaycan müəllimləri ana dilində başa salmaq istəyir, amma bu, İran hakimiyyətinin qanunlarına görə qeyri-qanunidir. Çünki uşaq başa düşmür, ayrı bir mühitdən gəlib, 6 il ona evdə ana dilini öyrədiblər, gəlib məktəbdə farsca ona başqa dil kimi öyrədilirsə, təbii ki, uşağın mənəvi vəziyyəti və onun təhsilinin keyfiyyətinə də bunun təsiri olur.”

Yaşar Əsədi bu il məktəb ilinin başlaması ilə əlaqədar olaraq milli fəalların uşaqlara ana dilində kitablar paylanması aksiyasının davam etdiriləcəyini deyib.

Şərhlərə bax (1)

Bu forum qapanıb
XS
SM
MD
LG