Accessibility links

Yaşar Piri müvəqqəti azadlığa buraxılıb


Yaşar Piri

İran Azərbaycanının Təbriz şəhərində yaşayan milli fəal Yaşar Piri girov qarşılığında müvəqqəti azadlığa buraxılıb.

İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, Təbrizdə yaşayan milli fəal Yaşar Piri fevral ayının 24-də girov müqabilində Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti olaraq sərbəst buraxılıb.

Yaşar Piri fevral ayının 21-də Beynəlxalq Ana Dili Günündə İran hökumətinin kəşfiyyat idarəsinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib, naməlum bir yerə köçürülmüşdü.

Piri 50 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq məhkəmənin son qərarına qədər sərbəst buraxılıb. Hələ ki, fəala qarşı irəli sürülən ittihamlarla əlaqədar heç bir məlumat yayılmayıb.

O, daha öncə 2019-cu ilin noyabr ayında İranda benzinin bahalaşması nəticəsində baş verən etirazlar zamanı qardaşı Ruzbeh Piri ilə birlikdə həbs edilib, nəzarət altına alınmışdı. İki güneyli qardaş həbs edildikdən sonra müxtəlif ağır ittihamlarla wzləşmişdilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya növbəti dəfə Kyivə hava hücumu həyata keçirib
please wait

No media source currently available

0:00 0:13:23 0:00

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG