Yanvarın 9-da Bakının Yasamal rayonunda birmərtəbəli evdə yanğınla nəticələnən partlayış baş verib.
Azərbaycan Fövqəladə Hallar Nazirliynin məlumatına görə, partlayış dalğası daşıyıcı divarı yaxınlıqdakı Tofaş avtomobilinin üzərinə yıxıb.
Hadisə nəticəsində bir ailənin üzvləri Aydın Məmmədov, Xuraman Məmmədova və qızları Aygün Məmmədova ölüb.
Partlayış köhnə binaların söküldüyü ərazidə baş verib. Ətrafdakı bir çox evin sakinləri artıq köçürülüb.
Şahidlərin sözlərinə görə, son zamanlar bu bölgədə qaz verilişi müntəzəm olaraq dayandırılır və bir müddət sonra bərpa edilir.