Accessibility links

Yaşayış minimumu 7 manat arta bilər


Azərbaycanda 2019-ci il üzrə yaşayış minimumunun 180 manat olacağı gözlənir.

Turan agentliyinin xəbərinə görə, Milli Məclisin müzakirə etməyə hazırlaşdığı "2019-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində belə nəzərdə tutulur.

Layihədə 2019-cu il üzrə yaşayış minimumunun 180 manat müəyyən edilməsi təklif olunur

Layihədə 2019-cu il üzrə yaşayış minimumunun 180 manat müəyyən edilməsi təklif olunur.

Orada yaşayış minimumu əməkqabiliyyətli əhali üzrə 191, pensiyaçılardan ötrü isə 149 manat nəzərdə tutulduğu bildirilir.

Uşaqlara yaşayış minimumu da 160 manat müəyyən olunur.

Qanun layihəsində gələn il ehtiyac meyarının həddinin isə 143 manat müəyyən olunduğu açıqlanıb.

Azərbaycanda ünvanlı dövlət sosial yardımı ehtiyac meyarı əsasında təyin edilir. Son illərdə Azərbaycanda ünvanlı dövlət sosial yardım alanların kəskin azaldığı bildirilir. Hökumət rəsmiləri bunu həyata keçirilən məşğulluq layihələri, müstəqil ekspertlər isə 2014-cü ildən sonra neftin kəskin ucuzlaşması ilə izah edirlər. Onlar deyirlər ki, ölkə iqtisadiyyatı neftdən asılıdır.

2018-ci ildə yaşayış minimumu 173 manat müəyyən edilib. Bu meyar əməkqabiliyyətli əhali üzrə 183, pensiyaçılardan ötrü 144, uşaqlardan ötrü isə 154 manatdır.

Bu il ehtiyac meyarı isə 130 manat müəyyən edilib.

Bir çox ekspertlər deyir ki, Azərbaycanda minimum yaşayış xərcləri reallığa əsaslanmır.

(c) AzadlıqRadiosu

XS
SM
MD
LG